BIR QRUP ƏDLİYYƏ ƏMƏKDAŞINA GENERAL RÜTBƏSİ VERİLDİ – Sərəncam

Dərc olunub: 20/11/2018 - 16:15

ilham-eliyev-3Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Sərəncamla Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:
Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilova
Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadəyə
İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayevə.

Həmçinin, Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.








loading...


Fikrinizi bildirin