“Çin ABŞ-la ticarət müharibəsində itkilər verir” – “Bloomberg”

Dərc olunub: 20/11/2018 - 17:13

China USABŞ-da Çin mallarına qarşı tətbiqi planlaşdırılan 25%-lik gömrük rüsumları qüvvəyə mindikdən sonra həmin mallar 4,5% bahalaşacaq. Çinli istehsalçılar bunu nəzərə alaraq qiymətləri 20,5% azaldacaqlar.

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə İqtisadi və Fiskal Siyasət Araşdırmaları üzrə Avropa Şəbəkəsinin (“EconPol Europe”) açıqlamasında bildirilir.

Qurumun mütəxəssisləri hesab edir ki, yeni rüsumların tətbiqi ilə ABŞ-ın Çindən idxalı 30-40%, bu ölkə ilə ticarət əməliyyatlarındakı mənfi saldo isə 17% azalacaq.

Bununla yanaşı, “EconPol Europe” diqqəti ABŞ-ın Çin malları arasında seçim etməsinə, bununla da yerli istehlakçılar və şirkətlər üçün ticarət müharibəsinin fəsadlarını minimuma endirməsinə, hətta ölkədə gəlirlərin artımına nail olmasına yönəldib.








loading...


Fikrinizi bildirin