Litva İnterpolu tərk edə bilər

Dərc olunub: 20/11/2018 - 19:05

b7dfcc1e-018b-4d97-8906-197e475e7380Litva Seymi İnterpolun başçısı postuna rusiyalı Aleksandr Prokopçukun seçiləcəyi təqdirdə, təşkilatdan çıxmaq ehtimalı haqqında qətnamə qəbul edib.

Bu barədə “Report” “Delfi”yə istinadən xəbər verir.

Xatırladaq ki, İnterpolun keçmiş prezidenti Men Hunvey sentyabrın sonlarında yoxa çıxıb. Ardından onun Çində saxlanıldığı ortaya çıxıb, hökumət onu korrupsiyaya qurşanmaqda şübhəli bilir. Nəticədə M.Hunvey təşkilatın rəhbəri vəzifəsindən istefaya göndərilib.

Böyük Britaniyanın “Times” qəzeti isə A.Prokopçuku İnterpolun yeni rəhbəri olmağa əsas namizəd adlandırıb.








loading...


Fikrinizi bildirin