U-19 millimiz AÇ-nın elit-raunduna vəsiqə qazandı

Dərc olunub: 20/11/2018 - 20:49

c14c6a284c417efd75ce1204d1081eac19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) Avropa çempionatının seçmə mərhələsinin sonuncu oyununda vacib qələbə qazanıb.Oxu.Az xəbər verir ki, millimiz Lixtenşteyn kollektivini 3:0 hesabı ilə məğlub edib.
Bununla da Azərbaycan komandası qrup ikincisi olaraq qitə birinciliyinin elit-raunduna vəsiqə əldə edib. Qrupda birinci yeri tutan İsrail millisi isə Gürcüstan kollektivi ilə heç-heçə edib – 1:1.
Qeyd edək ki, yığmamızın yer aldığı qrupun oyunları Tbilisidə keçirilir.








loading...


Fikrinizi bildirin