Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Dərc olunub: 20/11/2018 - 22:58

qeza-yol-nishaniTovuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.“Report”un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1954-cü il təvəllüdlü Fazil Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Aşağı Quşçu kəndində hərəkətdə olan zaman kənd sakini, 1957-ci il təvəllüdlü Rəhilə Muxtar qızı Namazovanı vuraraq ona ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin