Rusiya Suriyaya böyük desant gəmisi göndərib – KİV

Dərc olunub: 21/11/2018 - 08:48

234234_1525347805«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya hərbi-dəniz qüvvələrinin (HDQ) «Nikolay Filçenkov» desant gəmisi Qara dəniz boğazlarından keçərək, Aralıq dənizi hövzəsinə daxil olub.

Türkiyə KİV-nin xəbər verdiyi kimi, gəmi Bosfordan keçərək, Suriyanın Tartus limanına səmt alıb. Burada Rusiya HDQ-nin material-texniki təminat bazası yerləşir.

Eyni xamanda, gəminin Türkiyə sahil-mühafizə katerinin müşayiəti ilə hərəkətinin fotoları dərc olunub. Gəminin suya oturumuna görə, müşahidəçilər bu nəticəyə gəliblər ki, o, ağır yük aparır.

Rusiya HDQ-nin böyük desant gəmisi «Orsk» noyabrın 8-də, noyabrın 6-da isə «Kalibr»tipli raketlərlə silahlanmış «Admiral Makarov» freqatı Tartus limanına gəlib.

KİV-in məlumatına görə, gəmilər «Suriya ekspresi» adı altında keçirilən əməliyyatlarda iştirak edirlər və Rusiyanın Xmeymim aviabazası, Tartusdakı material-texniki təminat bazası və Suriya hökumət ordusu üçün yük daşıyırlar.








loading...


Fikrinizi bildirin