İki Koreyanı avtomobil yolu birləşdirəcək – Noyabrın 22-də işə salınacaq

Dərc olunub: 21/11/2018 - 11:04

2074113«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, son 65 ildə ilk dəfə olaraq Koreya Xalq Demokratik Respublikasını (KXDR) və Cənubi Koreyanı avtomobil yolu birləşdirəcək («Renxap»).

Tarixi barışıq sazişi bağlayandan sonra iki ölkənin hakimiyyəti Cənubla Şimalı bir-birindən ayıran silahsızlaşdırılmış zonada avtomobil yolu çəkmək barədə razılığa gəlib.

Qeyd edilir ki, eni 12 metr olacaq torpaq yolun çəkilişi artıq noyabrın 22-də başa çatacaq. Bu, minalardan uzunmüddətli təmizləmə işlərindən sonra mümkün olur.

«Şimal və Cənub arasında «Pxanmuncom bəyannaməsi»nin reallaşması barədə sazişin bağlanmasından sonra Şimali və Cənubi Koreyalar oktyabrdan başlayaraq, hər biri minalardan təmizləmə ilə birlikdə birləşmiş təhlükəsizlik zonasında yolun açılışı işlərini aparıb. Noyabrın 22-də demarkasiya xəttində maksimal eni 12 metr olan yol birləşdiriləcək» – deyə, mənbə bildirib.

Bunda əvvəl xəbər verilmişdi ki, Şimali və Cənubi Koreyalar öz aralarında keçirdikləri sammitdə öhdələrinə götürüblər ki, silahsızlaşdırılmış zonada 10 gözətçi məntəqəsini ləğv etsinlər. Sərhəddə gözətçi məntəqələrin sayı hər tərəfdə bir ədəd olmaqla, tarixi artefakt qismində qalmalıdır.








loading...


Fikrinizi bildirin