Küləkli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq

Dərc olunub: 21/11/2018 - 11:18

trend_tree_300318_4Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sürücülərinə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, sürücülər bir çox hallarda avtomobillərini məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir:

“Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında park etməsinlər”.

Şöbə rəisi qeyd edib ki, ümumiyyətlə normal hava şəraitində də avtomobillərin ağacların altında park edilməsi tövsiyə olunmur.

O.Məmmədovun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tapşırığı ilə qurumun Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib.








loading...


Fikrinizi bildirin