"OĞLUM DA MƏNİM KİMİ..." - Abel Məhərrəmov danışdı

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov mətbuatda barəsində yazılanlara münasibət bildirib.

A.Məhərrəmov jurnalistlərə açıqlamasında deyib ki, yazılanlar həqiqəti əks etdirmir.

O qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur: “Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir və s. Bu, təbii qəbul olunmalıdır. Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam. Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları mənim Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmamı şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur. Bu, milləti geri çəkmək deməkdir. Allah Prezidentimizin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edirəm. 20 ilə yaxın idi ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışam. Bu müddətdə şərəflə, ləyaqətlə işləmişəm. Amma indi məsləhət oldu ki, bir qədər də istirahət edim”.

Sabiq rektor oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov barəsində yazılanlara da münasibət bildirib: “Oğlum da mənim kimi Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən adamdır. Sona qədər də belə olacaq”.

[gallery columns="2" size="medium" ids="467825,467826"]

Qeyd edək ki, bu gün A.Məhərrəmov Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edib.

BİR HƏFTƏ VAXT VERİLİB

Ötən həftə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Abel Məhərrəmov hazırda Bakı ətrafındakı dəbdəbəli bağ evlərindən birində qalır.

Məlumata görə, Abel Məhərrəmova universitetdəki ucu-bucağı olmayan kabinetini boşaltmaq üçün 1 həftə vaxt verilib. O, BDU-ya rəhbərlik etdiyi dövrdə özünə iri kabinet düzəldib. Həmin kabinetdə xüsusi hazırlanmış istirahət və qonaqlar üçün otaqların olduğu deyilir.

Bildirilir ki, istirahət otağında Abel Məhərrəmovun çaxır kolleksiyası olan xüsusi ağacdan hazırlanmış mini bar da var. Həmin barın bahalı ağacdan olmaqla özəllikləri haqda belə iddialar var: - havanın temperaturunu 21 dərəcədən aşağı saxlayır, bu, çaxır saxlamaq üçün vacib şərtdir. Həmin bar kolleksiyadakı çaxırları qızdırıcıdan və ya günəş işığından qoruyur. Sabiq rektorun barında 100-ə yaxın əla növ şərabın saxlandığı və hər birinin çox bahalı olması deyilir. Belə barlarda temperaturu nizamlayıb, şərabları ən uyğun şəkildə illərlə qorumaq mümkündür. Abel Məhərrəmovun təkcə kabinetindəki kolleksiyasında saxladığı şərabların toplam qiymətinin 100 min manatı aşdığı iddia edilir. /"Report", "Yeni Müsavat"

635x100

Şərhlər

AAgahuseyn 2018-11-21 11:55:32

Sənin təhsilə vurduqun zərbə böyük zərbədir.....Oğlun da sənin tayındır.....A...

Əsəd 2018-11-21 11:55:32

Oğlun da sənim kimi belə "sədaqətlidirsə" onda vay onun halına. Cənab A.Məhərrəmov ruslar demişkən "poyezd uje uşol". Özün də çox gözəl bilirsən ki, siyasi səhvini heç kim baxışlamayacaq. Ona görə hər şeyə hazır olman gərək.

Məmməd 2018-11-21 11:55:32

abel müəllim,artıq gecdir.sizin belə hərəkətiniz Cənab Prezidentimizə xəyanət imiş!!! Xəyanət isə heç vaxt bağışlanmır!Ot kökün üstə bitər-deyiblər.İnsan genini dəyişmək olmaz axı...

muzaffar 2018-11-21 11:55:32

Abel m. özünü elm zirvəsinə qalxan adamlardan hesab edir. Deyəsən unudub ki, elmlər doktorluğundan onu/onları (Fikrət Əliyevi, Əli Abbasovu və b.Qərbi Az.-ları və Naxçivanlıları) bir-başa əlavə seçki ilə akademik təyin ediblər. Abel öyünür ki, onun 3 mindən yuxarı məqaləsi var. Görəsən bu adam necə özünə hörmət etmir ki, guya 15 gündən bir məqalə dərc etdirib. Yaxşı bu 3 min məq. neçə istinad var! Onu vaxtı ilə YAP Nobelə təqdim etmişdi.Adamda abır yaxşı şeydir.Nanofırıldaqların axırı necə oldu ay Abel!

EJDER 2018-11-21 11:55:32

EWWI IWINDE OL,GET ALIMLIYINLE MEWQUL OL.KIMI TUTUBLAR KI,SEN...TUTSUNLAR.AMMA DEMEDIN KIMIN ESGERISEN,BUTUN NESLIN KIME QURBANDI...QORUM EQRABANDA PIS INKIWAF ELEMEYIB HHAAA...YAMAN TEREQQQI QAYIRIBLAR QOHUMLARINDAN.SIRANUWUN ZIBILNE DUWDUN.KEYF ELE

azər 2018-11-21 11:55:32

ey bdunu yaradanlar, qutlu ocağınızda sizdən sonra nə böyük pisliklər-bədliklər olmaqda, asalaqlar kef sürməkdədilər..gorlarınızda sümükləriniz sızıldayır durmadan yəqin..heyhat!

AYZEK 2018-11-21 11:55:32

.........SƏN HEYDƏRÇİ OLMAQ ÜÇÜN GƏRƏK AZI YÜZ DƏFƏ ÖLƏSƏN,SONRA YENİDƏN DOĞULASAN VƏ ADAM KİMİ YAŞAYASAN!

TARİX 2018-11-21 11:55:32

H.ƏLİYEVCİ OLMAQ,PREZİDENT İ.ƏLİYEVƏ SƏDAQƏTLİ OLMAQ VƏTƏNİNƏ ONUN ELMİNƏ GƏNG NƏSLİN İNKİŞAFINA VİCDANLA XİDMƏT ETMƏKDİR.SƏNİN KİMİ(YAZILANLAR DÜZDÜRSƏ)DÖVLƏTİNİN ONA ETİBAR ETDİYİ VƏZİFƏDƏN VARLANMAQ,ÖZÜ KİMİLƏRİNİ İRƏLİ CƏKMƏK, İNSANLARIN DÖVLƏTƏ OLAN İNAMINI SARSITMAĞI ŞƏRƏFLƏ XİDMƏT ETMƏK SAYIRSANSA ONDA VAY BİZİM HALIMIZA.RƏHBƏRİ OLDUĞUN UNVERSİTETDƏ OLAN BİABIRCILIQLARDAN NƏ ƏCƏB XƏBƏRİN OLMAYIB.İNANDIRICI DEYİL.

Mahir Əliyev 2018-11-21 11:55:32

BDU-nu da bas ye,kotrabanda ilə məşğul ol,sonra da,utanmadan de ki,Heydər Əliyevçiyəm.

İRADƏ 2018-11-21 11:55:32

YAP-da bu tip adamlar ``N`` qədərdi.Əksəriyəti də kişi paltarında.özlərini ...çi elan etdikdən dərhal sonra cumurlar xalqın,büdcənin canına.Krisadan da iti nəfisləri,yerə-göyə sığmayan tamahları.Qadın olsaydılar deyərdik ki,zərifdilər,zəifdilər.İndi biz bunlara deyək ki,``nədirlər-kimdirlər``

BABAYEVA ASYA EHMEDELI Qi 2018-11-21 11:55:32

heydar aliyev sizinkimilarla mubariza aparirdi sizinkimilarsa onun gurdugu dovlati baltalayir barakalla

Son yazılar