Əmək müqaviləsiz işçilərə görə cərimələr artırılır

Dərc olunub: 21/11/2018 - 12:04

emek+kitabcasi (1)2019-cu ildən tətbiqi gözlənilən yeni Vergi Məcəlləsi özəl sektorda vergi yükünü salmaqla işçilərlə əmək müqaviləsini stimullaşdırmağı hədəfləyib.

Nazirlik bunu stimullaşdırıcı amil hesab edir, eyni zamanda, əmək müqaviləsi bağlamayanlara qarşı cərimələrin həcmini artırmaqla maliyyə sanksiyalarını ciddiləşdirib.

Belə ki, yeni məcəlləyə görə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə belə hala birinci dəfə yol verdikdə iki min manat, ikinci dəfə yol verdikdə dörd min manat, üç və daha çox dəfə yol verdikdə altı min manat maliyyə sanksiyası tətbiq olunacaq.

Qeyd edək ki, hazırda maliyyə sanksiyasının məbləği bütün hallarda min manat məbləğindədir. /fed.az








loading...


Fikrinizi bildirin