Sumqayıtda ahıl kişini piyada keçidində avtomobil vuraraq öldürüb

Dərc olunub: 21/11/2018 - 12:59

e2274bcd-a525-4ca9-af2e-8ad73a7a2ebaSumqayıtda maşın piyadanı vuraraq öldürüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.

Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Yaşar Əziz oğlu Əhmədov piyada keçidindən yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. Yaralı yaxınlıqda olan insanların köməkliyi ilə xəstəxayənaya çatdırılıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin