Maldiv adaları Britaniya Birliyinə üzvlüyünü bərpa edib

Dərc olunub: 21/11/2018 - 15:21

47493bac-3d24-4a37-9b9d-631cf5d9a23eMaldiv adaları Respublikasının Prezidenti İbrahim Məhəmməd Solih Maldiv adalarının Britaniya Birliyinə üzvlüyünün bərpa edilməsinə qərar verib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qərar respublikanın Nazirlər Kabinetinin noyabrın 19-da keçirilmiş iclasının yekunlarına əsasən qəbul edilib. Nazirlər ölkəni Britaniya Birliyinə qaytarmağın üstünlüklərini qeyd ediblər. Onların fikrincə, üzvlük gənclər üçün beynəlxalq təhsil təqaüdlərinin alınmasını asanlaşdıracaq, həmçinin yerli idmançıların beynəlxalq yarışlarda iştirakını artıracaq.

Qeyd edək ki, bu birlik dünyada ən qədim dövlətlərarası təşkilatdır. Onun tərkibinə Böyük Britaniya və onun sabiq müstəmləkələrinin, demək olar, hamısı daxildir. Hazırda 53 müstəqil dövlət bu təşkilatın üzvüdür.








loading...


Fikrinizi bildirin