Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv olunub

Dərc olunub: 21/11/2018 - 15:43

8cc575c6-be33-4831-bbdf-ab862505e28dGürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili konstitusiyaya müvafiq dəyişiklikləri imzalayıb.

Yeni prezidentin inauqurasiyasından sonra qüvvəyə minəcək dəyişikliklərə əsasən, dövlət başçısı yanında məşvərətçi orqan olan Milli Təhlükəsizlik Şurası ləğv olunacaq.

Gürcüstan Prezidentinin parlament spikeri Ana Natsvlişvili bildirib ki, G.Marqvelaşvilinin çoxsaylı müraciətlərinə baxmayaraq, parlament Milli Təhlükəsizlik Şurasına alternativ orqan yaratmayıb.

Qeyd edək ki, Gürcüstanın Milli Təhlükəsizlik Şurası ölkənin milli hərbi strategiya və müdafiə sisteminin təşkili məsələləri ilə məşğul olurdu. Şuranın həmçinin ölkədə hərbi və ya fövqəladə vəziyyət elan etmək səlahiyyəti də var idi.








loading...


Fikrinizi bildirin