Səudiyyə Ərəbistanı neft hasilatını rekord səviyyəyə qədər artırıb

Dərc olunub: 21/11/2018 - 16:08

oilSəudiyyə Ərəbistanı noyabr ayının əvvəlində sutkda 10,8 – 10,9 milyon barel neft hasil edib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbəyinə istinadən bildirib.

Eyni zamanda müəyyən günlərdə daxili və xarici ehtiyatlar hesabına bazara çatdırılma 11 milyon barel/sutkadan çox olub. Bununla ölkə neft istehsalını tarixi maksimum göstəriciyə çatdırıb.

Qeyd edək ki, bundan əvvəlki hasilat rekordu 2016-cı ilin noyabr ayında 10,72 milyon barel/sutka səviyyəsində olub. 2017-ci ilin yanvar ayında isə hasilat 9,8 milyon barel/sutkaya qədər aşağı düşüb.






loading...


Fikrinizi bildirin