Azərbaycana 10 sığorta agentinin lisenziyası ləğv edilib

Dərc olunub: 21/11/2018 - 17:16

maliyye-bazarlarina-nezaret-palatasiMaliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 10 fiziki şəxs sığorta agentinin lisenziyası ləğv edilib, 3 fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

Bu barədə “Report” Palataya istinadən xəbər verir.

Məlumatda deyilir ki, qurum fəaliyyəti barədə rüblük hesabatları təqdim etməyən şəxslərin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları 3 ay müddətinə dayandırıbmış. Həmin tarixdən etibarən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar 8 fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Bundan əlavə, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, Məmmədova Xəyalə Rafiq qızı və Rzayev Rəşad Rabil oğlunun könüllü müraciətləri əsasında sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv olunub.

Eyni qərarla attestasiyadan müvəffəqiyyətlə keçən Məmmədov Alim Xalid oğlu, Səfərova Validə Fətulla qızı və Nemətli Mehdi Nemət oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.








loading...


Fikrinizi bildirin