İranda tələbələr fəhlələrin etiraz aksiyasına dəstək veriblər

Dərc olunub: 21/11/2018 - 18:48

iran-_flag_tehranTehran Universitetinin tələbələri etiraz aksiyası keçirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə həmkarlar təşkilatından məlumat verilib.

Tələbələr Şuş şəhərinin “Həft-e-Tape” şəkər zavodu fəhlələrinin yürüşünə dəstək veriblər.

Zavod fəhlələrinin etiraz aksiyası 15 gündür davam edir. Fəhlələr 4 aydır ödənilməyən əmək haqlarının verilməsi tələbilə aksiya keçirir. Müəssisə 2017-ci ildə rəmzi qiymətə özəlləşdirilib. Bir neçə ay əvvəl yeni sahibkar gizlənib. Bu da fəhlələrin əmək haqlarının verilməməsinə səbəb olub. Noyabrın 18-də təhlükəsizlik xidmətinin əməkdaşları 19 nəfərdən çox aksiya iştirakçısını həbs edib. Aksiya iştirakçıları “Tirana ölüm!”, “Biz nə hədə, nə də həbsxanadan qorxmuruq!” kimi şüarlar irəli sürüblər. Bu şəkər zavodu İranın keçmiş sənaye müəssisələrindəndir. Orada 5 600 nəfər işləyir. Hakimiyyət fəhlələrin etiraz aksiyası keçirdiklərini və 4 nəfərin həbs olunduğunu etiraf edib.








loading...


Fikrinizi bildirin