DEPUTATDAN RÜŞVƏT TƏLƏB EDƏN İCRA BAŞÇISI – Adil Əliyev bu ünvandakı obyektinə qapı açdırmaq istəyib...

“İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir... Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”

Deputat Adil Əliyevin – qanunverici hakimiyyət qolunun hakimiyyətyönlü üzvünün canlı yayımda (Musavat.com) hətta Azərbaycan reallığı üçün sensasiyalı (Rəsmi şəxslərin belə etiraflarına nadir hallarda rast gəlinir-R.Ə.) açıqlamasından bir neçə gün keşsə də, ölkənin hüquq-mühafizə orqanları, o cümlədən yuxarı instansiyalar hələ də susurlar. Sanki, belə ağır cinayət ittihamı ilə bir deputat yox, yoldan keçən hansısa məsuliyyətsizin biri çıxış edib.

Normal cəmiyyətlərdə isə deputatın belə bir bəyanatı bomba kimi partlayar, həmin ölkənin KİV-ləri tərəfləri, o cümlədən nəzarət orqanlarını “divara dirəyər”, işin bütün hallarını açıb ortaya tökər, nəticədə kimlərsə birbaşa həbsə, kimlərsə ən azı istefaya gedərdi. Lakin “xoşbəxtlikdən” bizdə belə “bombalar partlamır”, hüquq-mühafizə orqanları belə məsələləri bir qayda olaraq “görməzlikdən” gəlir, xalq isə sadəcə başını yelləyib keçir. Çünki ölkədə sözün əsl mənasında ŞƏFFAFLIQDIR! Gizlində heç nə baş vermir. Hər şey göz önündədir. Bir icra başçısının bir deputatdan 30 min rüşvət tələb etməsi kimi...

Amma yenə də adamı maraq bürüyür: deputatdan bir qapının açılmasına görə 30 min rüşvət tələb edən hansı icra başçısıdır?

Adil Əliyev ad çəkməkdən imtina edib. Lakin açıq şəkildə bildirib ki, bu işdən “yuxarıların” xəbəri var, çünkü özü məlumat verib və icra başçısının cəzalandırılmasını xahiş edib. Deputat, kimdən şübhələnməli olduğumuza eyham vurmasa da, kimlərdən şübhələnməməli olduğumuzu adlar çəkərək bəyan edib: Qaradağ, Nərimanov, Nizami, Sabunçu və Xətai rayonlarının başçıları deyil.

Belə olduqda “şübhəlilər” sırasında kimlər qalır?

Bakının 11 rayonu var, yuxarıda adları çəkilənləri çıxsaq, yerdə qalanlar bunlardır: Səbail, Yasamal, Nəsimi, Binəqədi, Suraxanı, Pirallahı. Demək ki, deputatdan rüşvət tələb edən icra başçısı bu rayonlardan birinə rəhbərlik edir.

Həmin icra başçısının kim olduğunu qətiyyətlə söyləmək çətindir. Lakin “AzPolitika”nın bu istiqamətdə araşdırması zamanı bəzi ipucları əldə etmək mümkün olub.

Məlumatlı mənbənin bildirdiyinə görə, deputat Adil Əliyev özünün Salatın Əsgərova 101 ünvanında yerləşən obyektinə əlavə qapı açmaq üçün icra hakimiyyətinə müraciət edib. İcra başçısı “mənim də xərclərim var, 30 min versin, açsın”, - deyə, deputata ismarıc göndərib.

Salatın Əsgərova küçəsi isə Yasamal rayonunun ərazisində başlayıb, Nəsimi rayonunun ərazisinədək uzanır...

Deməli, daha konkret fikir bildirmək üçün sözügedən ünvan ətrafında bir qədər dərin araşdırmaya ehtiyac var.

Mövzuya qayıdacağıq.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

AYZEK 2018-11-22 00:10:17

ORDUBADLILARIN ŞƏRURLULARDAN ZƏHLƏSİ GETDİYİ ÜÇÜN C-B ƏSGƏROV 3 MİNLİK QAPI ÜÇÜN VƏLİYEVƏ 30 MİN OXUYUB.HALALDIR!

Azəri 2018-11-22 00:10:17

bu adam millət nəkilidir. Qanun qaydadan danışır. Ancaq özü?

Abit 2018-11-22 00:10:17

Korrupsiya müellimi,hekimi tutur,açıq melumatdı tutun da icra başçısını,sonra deyirler Orduxan bele deyir,Tural ele deyir,deputat yalan deyir onu celb edin.Hakimiyyeti bele insanlar nüfuzdan salır.

çina 2018-11-22 00:10:17

cəzalandırmaq lazımdır...

Malik 2018-11-22 00:10:17

OBYEKT AÇIRSAN ŞİRİNLİK VERMƏLİSƏN. HAMI VERİR SƏN DƏ VER. BİZNECİNİ İNKİŞAF ETDİRİRSƏN MÜFTƏ DEYİK Kİ SƏNƏ. HAMI NECƏ SƏN DƏ İNDƏN SONRA ELƏ OL.İNDİYƏ KİMİ PULSUZ OLUB İNDİ VER....

sual 2018-11-22 00:10:17

bunlarin ne qeder obyekti mali var ki acib tikib qurtarmirlar danisanda ise ele danisiar ki ele bil orta mekteb muelimleridir bir sorusan da yoxdur. bu qeder pulu parani hardan ve nece qazanibsiz ya

İRADƏ 2018-11-22 00:10:17

....sən ad çəkə bilmirsən, kör indi sadə adamların cəsarəti nə gündədir

miri 2018-11-22 00:10:17

Aqil müəllim, yaxşı olardiki,Siz kasıb bir vətəndaşdan haqq işi üçün istənilən 30 dollar( hərçənd bu qədər az miqdarı istəyən çətin tapıla) məsələsini qaldırardiniz, nəinki sizdən istənilən 30 min. Bu irarxiyarda kimnən nə qədər istənilməsi qaydaları var.Bunu hamıdan yaxşı özünüz bilirsiniz. İndi bu "teatr içində başqa teatr" keçərli deyil.Sizə bu fikri Avropada olan vətəndaşlarımız da dedi, bizdə deyirik: qurtarın bu işləri. İndi hamı bilir "hansı külək hardan əsir". Özünüzü "gözüyumulu" göstərməklə milləti gözüyumulu sanmayın.

Arif 2018-11-22 00:10:17

Deyirlər bizdə rüşvət yoxdur.Bəs bu nədi?

veten dashi 2018-11-22 00:10:17

Birisi Celilabadda mektebe xadimenin 130 man-liq emek haqqi ucun 1300 azn alirdi bunu da hami danishirdi .Indi de Bakinin adi cekilen rayonlarindan birine rehberlik edir.Hetta Haqqin.az ozune mexsus bir riyakarliqlla Bakiya gelmeden once onun haqqinda Celilabadda gorduyu barede bir meqale de vermishdi.Kim ne diyer bizde olan qyrete Qeyretimiz bellidi her millete

arif 2018-11-22 00:10:17

Bakinin 11 yox 12 rayonu var Xezer rayonu Nezere alin

PETRİOT 2018-11-22 00:10:17

YAP-DRAM TEATRININ NÖVBETİ TAMAŞASI.REPERTUAR DEYİŞMEYECEK.

haciyev seymur 2018-11-22 00:10:17

sehiyyedeki bespredelden danish

Vətəndaş 2018-11-22 00:10:17

"Veteran" qardaş başçını təkcə qınamağınız dügün deyil axı oda yuxarıları görməlidi. Birdə başçı depudata endirim etməyini nəzərə alın kim bilir başcılarla yuxarılar arasında nə qədər pul dövr edir

ABDULQADIR 2018-11-22 00:10:17

Icra qafasinin bu ishde hech bir günahi yoxdur.Bazardan kimse müfte mal ala bilermi,elbetde yox.Qafa öz diliyle duputata deyir ki,axi men de yer pulu,pishtaxta pulu,ne bilim nemene pulu vermeliyem.Üstelik de il bashi yaxinlashir.Kimse chugullasa ki,achilan qapilarin sayindan bir denesinin haqqi eskikdir onda bilirsiz de ne bash verer.Yerde elden geder,pishtaxtada.

cəngərlik sakini 2018-11-22 00:10:17

Hələ ad çəkmə.Ola bilər başçı çağırıb desin ki,əl çək məndən.Yəni aç qapını.Ya da 10 ildən sonra başçını çıxarandan sonra, "ütülmə" prosesi zamanı səsini çıxararsan.deputatıma bax.

Veteran 2018-11-22 00:10:17

Kul senin Icra hakimi bawina! Dilenci!

Son yazılar