«Səudiyyə Ərəbistanına sanksiya tətbiq etmək təhlükəlidir» - Tramp bəyan edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, «Qaşıqçı işi» ilə bağlı Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq etmək neqativ nəticələrə səbəb ola bilər.

Xüsusilə, iqtisadi münasibətlərin kəsilməsi neftin qiymətinin kəskin qalxmasına gətirib çıxarda bilər ki, ABŞ buna yol vermək istəmir.

«Səudiyyə Ərəbistanına gəlincə, əgər biz onlarla münasibətləri kəssək, hesab edirəm ki, neftin qiyməti göylərə qalxar. Mən, qiymətləri saxlayıram, onar isə bu məsələdə mənə kömək edirlər. Hazırda neftin qiyməti aşağıdır, mən isiəyirəm ki, daha da aşağı olsun» - deyə, ABŞ Prezidenti qeyd edib.

O, həm də bəyan edib ki, Səudiyyə krallığına münasibətdə «ağılsız hərəkəti» ilə dünya iqtisadiyyatını və ABŞ-n iqtisadiyyatını dağıtmaq niyyətində deyil.

Mümkün sanksiyaların digər tərəfinə toxunan Tramp, qeyd edib ki, Səudiyyə Ərəbistanına silah satışı kontraktlarının ləğv olunmasından yalnız Rusiya və Çin udar.

Prezidentin sözlərinə görə, ABŞ əvvəlki kimi, Səudiyyə Ərəbistanının etibarlı həmkarı olaraq qalmaq niyyətindədir - jurnalist Camal Qaşıqçının öldürülməsinə bamayaraq.

Bəs, insan haqları, bəs demokraiiya? ABŞ bunlardan imtinamı edir?!

Görünür, bu dəyərlər sionist dairələr üçün artıq öz əhəmiyyətini itirib...

635x100

Şərhlər

Arif Əliyev 2018-11-22 00:09:30

Çoxdan itirib, çox sadalöv siyasətçilərimiz isə hələdə inanırki qərb bizlərə demokratiya verəcək, əslində beşikdəki uşağada məlumdur azadlığ verilmir qazanılır.

t.ədalət 2018-11-22 00:09:30

ABŞ bu mövqeyinə görə indiyədək özünü göstərmək istədiyi insan haqlarının müdafiəçisi rolunu həmişəlik itirdi.Amerikanlar,zatən həmişə işğalçı olublar.İndi də mövqelərini dəyişməyiblər.Sadəcə olaraq müsəlman dünyasının soyqırımı ilə məşğuldurlar.Onlar yüz illərlə çalışıb yəhudilərlə birlikdə yaratdıqları "anti-islam" qrupunun--vahabistlərin bundan sonra da gərəkliyini düşünüb milyonlarla qaşıqçının faciəsi ilə barışacaqlar..

Son yazılar