"Brent" markalı neftin qiyməti artıb

Çərşənbə günü axşam neftin dünya qiymətləri bir gün əvvəl 7 faiz azalmadan sonra korreksiya çərçivəsində 2-3 faiz artıb.“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Bakı vaxtı ilə 22.09-a olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 2,54% artaraq bir barel üçün 64,12 dollara çatıb.

WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 3,65% artaraq 55,38 dollar təşkil edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp neftin qiyməti aşağı düşdüyünə görə Səudiyyə Ərəbistanına təşəkkür edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar