Bərdədə piyadanı maşın vurub, sürücü qaçıb

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun Heydər Əliyev prospektində "Hundai" markalı minik avtomobili yolu keçmək istəyən 1982- ci il təvəllüdlü Qələbə rayon sakini Quliyev Sərvan İmran oğlunu vurub.

Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Sürücü hadisə yerindən qaçıb. Bərdə rayon Polis şöbəsində sürücünun müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Bundan əvvəl Xaçmazda qadını avtomobil vurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar