Sarkozi Moskvaya gəlib - Özünü Putinin dostu adandırıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın sabiq prezidenti Nikolya Sarkozi Mosvaya gözlənilməz səfəri zamanı Vladimir Putinə yönəlik dostluq hissləri bəslədiyini etiraf edib. O, bu ölkənin dünyada artan nüfuzundan söhbət açıb.

«Siz, burada yaşayırsınız, siz ruslarsınız və heç ağlınıza da gətirmrsiniz ki, dünya səhnəsində sizin nüfuzunuz hansı səviyyədə dəyişib. Rusiya yenidən əzəmətli gücə çevrilib. Rusiya dünya səhnəsində öz yerini və öz taleyini bilir. Sonda demək istəyirəm ki, mən, hər zaman Vladimir Putinin dostu olmuşam. Ona görə ki, bu insanla danışmaq olur - hətta fikir ayrılığına baxmayaraq» - deyə, yeni il qabağı Rusiyanın birbaşa investisiya fonlunun (RF BİF) təşkil etdiyi qəbulda Sarkozi bəyan edib.

Səhnədə keçmiş Fransa prezidentini təbiəti mühafizə, ekologiya və nəqliyyat nazirinin xüsusi nümayəndsi Sergey İvanov və Rusiya Federasiyası Birbaşa İnvestiya Fonlunun başçısı Kiril Dmitriyev və digərləri dinləyib.

«Kiril Dmitriyev, mən ümid edirəm ki, Siz gələn il də məni çağıracaqsınız» - deyə, Sarkozi tədbirin təşkilatçısına müraciət edib və İvanovun əlini sıxaraq, rus dilində «spasibo» deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar