Rusiya hipersəs sürətli güllələr yarada bilər - «National Interest»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya hipersəs sürətli güllələr işləyir hazırlaya bilər, ancaq onlar çətin ki, ənənəvi snayper güllələrini sıxışdırıb, aradan çıxarda bilsinlər. Bu barədə Amerikanın «The National Interest» jurnalı yazıb.

Belə güllələrin başlanğıc sürəti saniyadə 2 min metrə çata bilər.

Jurnal qeyd edir ki, snayperlər maksimal dəqiqlik üçün bir çox amilləri nəzərə almalıdırlar. Onların arasında küləyin sürəti, yüksəklik, havanın sıxlığı da var. Bütün bunları isə kifayət qədər qısa zaman çərçivəsində qiymətləndirmək lazım gəlir. Bunların mürəkkəbliyi isə məsafədən və ətraf faktorlardan asılı olur.

Nəşr əlavə edir ki, güllələrin yüksək sürəti xarici amillərin təsirini aşağı salır. Bundan başqa, hipersəs sürətli güllələrdən istifadə zamanı hədəf güllənin trayktoriyasından çıxmağa macal tapa bilmir.

Güllələrdə detonasiyaya səbəb olan kimyəvi maddə yerləşdirilir, amma onun tərkibi açıqlanmır. Qeyd olunur ki, hipersəs sürətli güllələrin fövqəladə şəraitdə və xüsusi situasiyalarda istifadəsi planlaşdırılır.

635x100

Şərhlər

t.ədalət 2018-11-24 00:12:36

Harda faciə var,harda müsəlmanların kütləvi qırğını törədilir,orda Rusiya hökumətinin adı hallanır.İndi də ən sürətli güllə yaratmaqları ilə öyünürlər.Dünya inkişafa,qada-baladan yayınmağa doğru addımladıqca Rusiya şərə və facilərə təkan verən əməllərə meyillənir.Allah, bu dövlətin sonunu gətirər,inşəllah!Rusiya məhv olmasa,dünya müharibələrdən qurtulmayacaq,körpələr rus silahlarının alovunda yanacaq.

Son yazılar