Etirazçılar Makronu istefaya səsləyir – Polis gözyaşardıcı qazdan istifadə edib (FOTO)

Fransanın paytaxtı Parisdə polis Yelisey prospektində keçirilən nümayişin iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Trend-in məlumatına görə, polis etirazçıların Konkord meydanında onlar üçün bağlı olan zonaya yaxınlaşmasından sonra bu addımı atıb.

"Sarı jilet" adlı hərəkat Parisin mərkəzində kütləvi etiraz aksiyası keçirir. Nümayişçilər yanacağın qiymətinin qalxmasına etiraz edirlər. Aksiyada iştirak edən minlərlə insan Prezident Emmanuel Makronu istefaya səsləyir.

İştirakçılar maneələri sındıraraq meydandakı bağlı zonaya keçmək istəyirlər. Onların hökumət binasına girməyə cəhd etdikləri deyilir.

Hazırda 3 min polis və jandarm aksiyada təhlükəsizliyi təmin etməyə çalışır. Etirazlar səbəbindən metronun mərkəzi stansiyaları bağlanıb. Eyfel qülləsi də ziyarətçilərin üzünə qapalıdır.

Qeyd edək ki, iqimiqyaslı aksiyalar noyabrın 17-dən başlayıb. Bir həftə əvvəl nümayişlərdə 287 mindən çox etirazçı iştirak edib.

[gallery columns="4" size="full" ids="468789,468790,468791,468792"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar