"Bölgədəki vəziyyətə mənfi təsir göstərəcək" - Hülusi Akar

“ABŞ-ın Suriyanın şimalında müşahidə nöqtələri qurmaq qərarı bölgədəki vəziyyətə mənfi təsir göstərəcək”.

“Report” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hülusi Akar Milli Müdafiə Universitetinin hərbi müəllimləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazir belə addımın bölgədəki ab-havaya çox mənfi təsir edəcəyini ABŞ-ın Birləşmiş Qərargahlar Rəislərinin komandanı, ordu generalı Cosef Danforla söhbətində də diqqətə çatdırdığını vurğulayıb.

“Burada ABŞ hərbçilərinin bir növ YPG terrorçularının qoruduğu şəklində təəssürat yaranacağını söyləmişəm… Bu cür tədbirlərin bölgədəki onsuz da qarışıq vəziyyəti daha da mürəkkəbləşdirəcəyi qənaətindəyəm” , – H.Akar deyib.

Nazir belə addımlara ehtiyac olmadığını, Türkiyə ordusunun sərhəddə təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər gördüyünü da söyləyib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın müdafiə naziri Ceyms Mettis Suriya-Türkiyə sərhədində bir neçə müşahidə nöqtəsi qurmaq niyyətində olduqlarını bildirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar