ABŞ yenidən Suriyanı bombalayıb - 20-yə yaxın qadın və uşaq ölüb

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın Deyr əz-Zor əyalətinin Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 20 dinc sakin həyatını itirib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli SANA dövlət agentliyi məlumat yayıb.

Bildirilir ki, aviasiya şəhərin Əs-Suk rayonuna zərbə endirib. Ölənlər arasında 9 uşaq və 8 qadın var.

Noyabrın 23-də sözügedən şəhərə analoji hava zərbələri zamanı 11 suriyalı həyatını itirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar