Almaniya Səudiyyə Krallığına silah satışı qadağasını götürə bilər - «Şpiegel»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah satışına qoyduğu qadağanı 2019-cu ilin yanvarında aradan qaldıra bilər. Adını çəkmədiyi mənbəyə istinadla, bu barədə «Şpiegel» nəşri yazıb.

Qadağa noyabrın əvvəlində - jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra qoyulmuşdu. KİV-lər xəbər verirlər ki, silah göndərilməsinin dayandırıldığı anda müdafiə sənayesi məhsullarının böyük partiyası ixraca hazır olub və artıq onlara müvafiq lisenziyalar da verilibmiş.

Dayandırılmış kontraktların ümumi dəyəri 2,5 milyard avro təşkil edir. Nəşr əlavə edir ki, Almaniya hökumətinin daxilində aparılmış danışıqlardan sonra qərara alınıb ki, artıq ixracına icazə verilmiş məhsullar geri çağırılmasın. Belə ki, lisenziyanın geri çağırılması müəssisələrə vurulan zərərin ödənilməsinə gətirib çıxara bilər.

Bundan əvvəl, xəbər verilmişdi ki, Almaniya Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq barədə qərar qəbul edib və bu qadağa səudiyyəli jurnalistin öldrülməsinin bütün təfərrüatı tam açıqlanana qədər davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar