Belarusda azərbaycanlı “vor zakon” tutuldu

Minskdə azərbaycanlı “vor zakon”, kriminal aləmdə “Rəşad Gəncinski” kimi tanınan Rəşad İsmayılov tutulub.Virtualaz.org Belarus KİV-lərinə istinadən xəbər verir ki, Rəşad İsmayılov və onun cinayətkar qrupunun daha dörd üzvü Minsk rayonunun mehmanxana komplekslərindən birində imişlər.

İcarəyə götürülmüş evdə və onların şəxsi avtomobilində hüquq-mühafizə orqanlarının əməkdaşları “Makarov” və TT tapançaları, həmçinin 14 döyüş patronu aşkar ediblər. Eyni zamanda, fiqurantlarda həşiş tapılıb. Saxlanılanların barəsində cinayət işi başlanıb.Rəşad İsmayılov və digər saxlanılanlar Rusiya və Ukraynanın ərazisində dəfələrlə cinayət və mülki məsuliyyətə cəlb olunublar. Onlar Rusiyanın və Ukraynanın müxtəlif regionlarında ticarət mərkəzlərinin və topdansatış bazarlarının sahibi olan azərbaycanlı iş adamları barəsində zorakılıq və maliyyə cinayətləri faktları üzrə cinayət işlərinin fiqurantları olublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar