NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! – Trampın qəzəbi, Putinin biganəliyi...

OPEK həmişə əlində saxladığı neft bazarı üzərindəki nəzarəti itirib. Üç nəfərin – Donald Trampın, Vladimir Putinin və Səudiyyə şahzadəsi Mühəmməd bin Salmanın fəaliyyətləri həm 2019-cu il üçün, həm də sonrakı illərdə neftin qiymətini müəyyənləşdirəcək. Amma onların hər birinin öz məqsədləri var.

OPEK ölkələri ümumi məqsəd və strategiya hazırlamağa çalışdıqları bir vaxtda, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı qlobal tədarük sahəsində üstünlüklərini davam etdirirlər. Onlar birlikdə OPEK-in digər 15 üzvündən daha çox neft hasil edirlər. Bu üç ölkə rekord həcmdə neft çıxarırlar və gələn il üçün neft hasilatını artıra bilərlər.

İyun ayında OPEK+ çərçivəsində məhz Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatı üzərindəki məhdudiyyətin götürülməsinin təşəbbüskarı oldular və 2017-ci ilin əvvəlindən hasilat yüksəldildi. Bundan sonra isə hər iki ölkə neft hasilatını rekord həddə qaldırdılar. Elə bu zaman gözlənilmədən ABŞ-da neft hasilatı yüksəldi. Texas ştatının qərbində yerləşən “Permian Basin” şist yatağından neft hasil edənlər Meksika körfəzinin şimal sahillərinə neft göndərməyə başlayıblar.

Tələbin azalmağa doğru getməsi ilə bağlı gələcək proqnozlara yenidən baxılması və həmçinin də prezident Trampın İran neftinin alıcılarını sanksiyalardan azad etməsi qərarı bazarın əhval-ruhiyyəsini dəyişdi: tədarükün çatışmazlığı ilə əlaqdar olan qorxular öz yerini önümüzdəki üç ay ərzində neftin hədsiz çox olması təhlükəsi ilə əvəzlədi.

Beynəlxalq Enerji Agentliyi xəbər verir ki, 2017-ci ilin başlarında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrindəki azalan neft ehtiyatı indi yenidən artıb və böyük ehtimalla onlardakı neft ehtiyatı son beş ilin orta səviyyəsini aşacaq.

Neftin qiymətinin tədricən aşağı düşdüyü bir fonda Səudiyyə Ərəbistanı bəyan edib ki, gələn aydan ixracı gündəlik 500 min barel azaldacaq və eyni zamanda neft istehsal edən tərəfdaşlarına bildirib ki, oktyabr ayındakı səviyyə ilə müqayisədə hasilatı, təxminən, gündəlik bir milyon barel azaltmaq lazımdır. Bu çağırış Putin tərəfindən kifayət qədər soyuq reaksiya ilə qarşılanıb. Bu çağırışla əlaqədar Trampın tvitlərində də kəskin tənqid yer alıb.

Səudiyyə Ərəbistanın yenidən dirçəldilməsi və islahat prosesi zamanı zərər çəkə biləcək insanlar tərəfindən ölkədə qarışıqlıq salınmaması üçün Bin Salmanın neft gəlirlərinə böyük ehtiyacı var. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, Səudiyyə Ərəbistanının büdcəni taraz vəziyyətdə saxlaması üçün neftin qiyməti 73 dollar səviyyəsində olmalıdır. İndi brent markalı neftin qiyməti bu göstəricidən xeyli ucuzdur və Səudiyyə Ərəbistanının ixrac ticarəti bu etalondan aşağıdır.

Belə görünür ki, Səudiyyə Ərəbistanı Putin və Trampın əngəlləri ilə toqquşacaq. Rusiya prezidenti hasilatın həcminin yenidən azaldılması ilə bağlı xüsusi təşəbbüs göstərmir.

Bu gün Rusiya büdcəsi 2016-cı ildə neft bazarının yenidən tarazlaşdırılması ilə bağlı razılaşmaya getdiyi 2016-cı il ilə müqayisədə neftdən daha az asılıdır. Bu gün Rusiya neft şirkətləri vəsait yatırdıqları yataqlardan neft çıxarmaq istəyirlər.

Bunlarla yanaşı ola bilər ki, Putin şahzadəylə yaxşı siyasi münasibətlərin qorunub saxlanılması üçün kiçik qurban verməyin vacib olduğu barədə qərara gələr. Amma hələlik birmənalı şəkildə demək olmaz ki, neft hasilatçıları dekabr ayında Vyanaya toplaşdıqları zaman Rusiya hasilatın məhdudlaşdırılmasının uzadılmasına razı olacaq. Putin bildirir ki, neftin qiymətinin 70 dollar civarında olması onu tamamilə qane edir.

Təbii ki, Tramp tərəfindən müqavimət daha güclü olacaq. Nəzərə almaq lazımdır ki, Tramp və şahzadə siyasi münasibətləri saxlamağa çalışırlar, amma ABŞ senatorları Yəməndəki müharibəyə və dissident jurnalist Camal Qaşıqçının öldürülməsinə görə Səudiyyə Ərəbistanına qarşı daha sərt sanksiyalar tətbiq olunmasını gözdən keçirirlər.

Səudiyyə Ərəbistanının planlarına ciddi təhlükə Trampın tvitlərindən daha çox Texas ştatında işləyən neft şirkətlərindən gələcək. Son 12 ayda Amerikan istehsalçıları hasilatın həcmini OPEK-in üzvü olan Nigeriyanın ümumi hasilatı qədər artırıblar. ABŞ Energetika Departamentinin məlumatına əsasən, 2019-cu ilin aprel ayına kimi hasilatın gündəlik həcmi 12 milyon barelə çata bilər. Bir ay öncəkı proqnozlara görə bu göstəriciyə 2019-cu ilin sonunda çatılmalıydı .

Əgər Səudiyyə Ərəbistanı 2019-cu ildə neft bazarında balans yaratmağa ümid bəsləyirsə, onda o, Trampın qəzəbi, Putinin biganəliyi və ABŞ-da çıçəklənən şist nefti istehsalı ilə toqquşacaq.

(Bloomberg-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar