Braziliyada vertolyot qəzaya uğrayıb, ölənlər var

Braziliyada vertolyot qəzaya uğrayıb.Bu barədə "Report" EFE agentliyinə istinadən xəbər verir. Məlumata görə, vertolyot İtapirdən San-Pauluya uçurmuş. Lakin bir qədər sonra yerə düşüb.

Qəza nəticəsində 2 heyət üzvü və 4 sərnişin də daxil olmaqla, 6 nəfər həlak olub. Vertolyotun əczaçılıq şirkətinə məxsus olduğu bildirilir.

Qəzanın başvermə səbəbi ilə bağlı təhqiqat aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar