Bakı-Quba yolunda avtomobil qəzası baş verib, yaralananlar var

Bakı-Quba yolunda minik avtomobili səkiyə çırpılıb."Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində, Zarat polis postunun yaxınlığında baş verib.

"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı səkiyə çırpılıb. Qəza zamanı avtomobildə olan 4 nəfər xəsarət alıb.

Hadisə yerinə tibbi briqada göndərilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar