Timoşenko ukraynalılara kontrakt imzalamağı təklif edir - Ölkənin «yenidən qurulması» barədə

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, «Batkivşina» partiyasının başçısı, Ukraynanın eks-baş naziri Yuliya Timoşenko ukraynalılara yaşamaq istəyəcəkləri «ölkəni birlikdə qurmaq» barədə onunla kontrak imzalamağı təklif edib.

«Mən, insanlara mənimlə çox konkret müqavilə imzalamağı təklif edirəm. Bu, maksimal sadə, aydın və dəqiq dildə yazılmış sənəddir» - deyə, Timoşenko «Hər kəs üçün yeni imkanlar: Yeni sosial doktrina» adlanan təşəbbüsün təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, kontraktda onun məqsədləri, nail olunması müddəti və hər gün yoxlanması mümkün olan nəticələri öz əksini tapacaq.

«Mən, hər bir ukraynalıya bu sənədi imzalamağı təklif edirəm. Mən, bu sənədlə hər bir şəhərə və kəndə, hər bir mənzilə, hər bir insanın görüşünə gedəcəm» - deyə, Timoşenko vəd edib.

«Mən istəyirəm ki, sizlərin hər biriniz öz imzasını mənim imzala yanaşı qoysun və biz, yaşamaq istəyəcəyimiz ölkəni birlikdə quraq» - deyə, eks-Baş nazir fikrini tamamlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar