«Rusiya Avropa İttifaqı üçün təhlükədir!» - Çexiya XİN başçısı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çexiyanın xarici işlər naziri Tomas Petriçek Rusiyanı öz ölkəsi və Avropa İttifaqı üçün təhlükə adlandırıb. Bu barədə « Radio Praha» radiosu xəbər verib.

Nazirin bəyan etdiyi kimi, Moskva «müxtəlif hibrid təhlükələr törətmək və dezinformasiya» yaymaqla real risk yaradır. Bu zaman o, Rusiya tərəfdən qaynaqlanın «təhlükə» barədə konkret heç bir arqument səsləndirməyib.

Onun sözlərinə görə, Çexiya kəşfiyyatının Rusiyaya yönəlik hesabatlarına çox ciddi yanaşmaq lazımdır. Nazir hesab edir ki, Çexiya belə «təhdidlərə» qarşı daha effektlə dayanmalı və «əlini yanına salıb, durmamalıdır».

Baltik ölkələri, Polşa, Ukrayna və digərləri də anti-Rusiya ritorikası nümayiş etdirirlər. Bu zaman Rusiya ordusunun modernləşdirilməsinə «barmaq tuşlayırlar». Rusiya isə dəfələrlə bəyan edib ki, silahlı qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi istisnasız olaraq, müdafiə xarakteri daşıyır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar