"Zirə" "Sumqayıt"ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub."Report"un məlumatına görə, turun son oyununda "Zirə" və "Sumqayıt" komandaları üz-üzə gəlib.

"Dalğa Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. "Zirə"nin heyətində moldovalı legioner Aleksandr Dedov "dubl" edib. O, 36-cı və 75-ci dəqiqələrdə fərqlənib. 90+7-ci dəqiqədə isə Bilal Həmdi 3-cü qolun müəllifi olub. "Sumqayıt"dan yeganə qola 45+3-cü dəqiqədə Əfran İsmayılov imza atıb.

Bu qələbə sayəsində "Zirə" xallarını 9-a çatdıraraq, "Keşlə" ilə bərabərləşsə də, sonuncu pillədən qurtula bilməyib. Bu, şəxsi oyunlarda paytaxt təmsilçisinin daha üstün olmasıdır. "Sumqayıt" isə 11 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, turun ilk 3 oyununda "Qəbələ" səfərdə "Keşlə"ni 2:1, "Neftçi" isə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. "Qarabağ" - "Sabah" matçı isə heç-heçə ilə yekunlaşıb - 1:1.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar