Rusiya Ukrayna hərbi gəmisinə atəş açdı

Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmi Rusiya sərhədlərini pozaraq Kerç boğazı istiqamətində irəliləyib.Axar.az xəbər verir ki, bu barədə FTX-nin Krım üzrə sərhəd xidməti informasiya yayıb. Bildirilib ki, Ukrayna gəmiləri BMT-nin Dəniz hüququna dair Konvensiyasının 2 maddəsini pozub. Ukrayna gəmiləri Rusiya tərəfinin heç bir tələbinə məhəl qoymayıb.

Ukrayna tərəfi isə hadisə ilə bağlı Rusiyanı təxribat törətməkdə ittiham edib. Rusiya gəmilərinin Ukrayna gəmilərinə qarşı təcavüzkar davranışları tənqid edilib.

“Rusiyanın sərhədçi “Sobol”, “Don”, “Manqust” və “Suzdaleç” gəmiləri açq təxribatlara yol veriblər. “Don” sərhədçi gəmisi bizim reyd gəmimizə qarşı taran edib və nəticədə gəminin əsas mühərriki sıradan çıxıb”, - rəsmi Kiyevin yaydığı bəyanatda bildirilib.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmiləri təcili olaraq insidentin baş verdiyi Kerç boğazı istiqamətinə göndərilib.Bu barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi verib.

Baş verən olayla bağlı Ukrayna ordusundan açıqlama verilib.Açıqlamada bildirilir ki, Rusiya hərbi gəmilərimizdən birinə atəş açıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar