MİLLİ ŞURA YENİ AKSİYA TƏYİN ETDİ- Hakimiyyət bəhanə axtarır

Son mitinqindki izdihamdan təşvişə düşən hakimiyyət yeni aksiyalara icazə verməmək niyyətindədir

Dünən Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyi toplantı keçirərək oktyabr ayının 20-nə mitinq təyin edib. Bu barədə musavat.com-a Milli Şuradakı qaynaqlar xəbər verib.

Bildirilir ki, mitinqə yer ayrılması üçün dünən saat 16-da Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

Mitinqin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionu istənilib. Qeyd edək ki, bu mıəkanda artıq bir neçə dəfə mitinq keçirilib.

Milli Şuradan bildiriblər ki, 20 oktyabr mitinqi 9 oktyabrda keçirilən seçkilərin saxtalaşdırılmış nəticələrinə etiraz məqsədi daşıyacaq.

Bu arada Mili Şuranın ötən mitinqindki izdihamdan təşvişə düşən hakimiyyət yeni aksiyalara icazə verməmək niyyətində olduğu ortaya çıxıb. Artıq beynəlxalq təcrid vəziyyətində olan hakimiyyət mitinqlərin onu daha ağır vəziyyətə salaçağından qorxaraq, aksiyaların qarşısəını almaq üçün "zəhmətkeşlərin" müraciətlərini bəhanə gətirməyi planlaşdırır.

Təsadüfü deyil ki, DİN-ə bu hqda məlumat yaydırılıb. Belə ki, DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, Milli Şuranın oktyabr ayının 12-də Bakıda keçirdiyi mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb: "Qanuna müvafiq olaraq mitinq zamanı ictimai asayişin qorunmasına cəlb edilmiş polis əməkdaşları kənardan mitinq iştirakçılarının təhlükəsizliyini və ictimai asayişi qoruyub. Lakin mitinq başa çatdıqdan sonra bir qrup gənc mitinq üçün müəyyən edilən sahədən kənarda - nəqliyyatın və insanların sıx hərəkət etdiyi ərazidə ictimai asayişin kobud şəkildə pozulmasına yönəlmiş qanunsuz hərəkətlər edərək polis əməkdaşlarını təxribata çəkməyə cəhd göstərib. Sözsüz ki, onların bu hərəkətlərinin qarşısı vaxtında alınıb və asayişi pozan 6 gənc polis idarəsinə gətirilərək barələrində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Məndə olan məlumata görə, məhkəmə həmin şəxslərin ikisini 15, digər ikisini 10 sutka inzibati həbslə, digər iki şəxsi isə pul cəriməsi ilə cəzalandırıb.

Məlumdur ki, özünü Milli Şura adlandıran qurumun istər seçkidən öncə, istərsə də seçkidən sonra mitinq keçirmək üçün müraciətlərinə hakimiyyət orqanları tərəfindən müsbət cavab verilib. Görünür, razılaşdırılmış aksiya bunların ürəyincə deyil. Çox güman ki, bunlar "hakimiyyət mitinq keçirməyə imkan vermir" - deyərək, paytaxtda qəsdən asayişin və vətəndaşlarımızın təhlükəsizliyinin pozulmasına rəvac verən hərəkətlər törətmək, bununla da polisi təxribata çəkərək, Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzuna xələl gətirmək və özlərinin guya "zorakılığa məruz qalan demokratlar" olmaları barədə rəy yaratmağa cəhd göstərirlər.

Belə davam edərsə, paytaxt sakinlərinin çoxsaylı müraciətlərini də nəzərə alan DİN ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı təmin edilməsi məqsədi ilə BŞİH qarşısında vəsatət qaldıra bilər ki, bundan sonra onların mitinq, yürüş keçirmək barədə müraciətləri ilə razılaşmasın. Bir daha bildirirəm ki, belə vəsatət yalnız ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edərdi".

Bu siyasi bəyanatın arxasında Prezident Adminstrasiyasının dayandığı yəqin ki, heç kimdə şübhə doğurmur. Kecən mitinqdən sonra təxribatın da nə məqsədlə törədildiyi ortaya çıxır. Ona görə də, Bakı Şəhər İcra Hakimiyyətinin DİN-in "məktubuna əsaslanaraq" aksiyaya içazə verməyəçəyin, ya da şəhərdən kənarda icazə verəcəyini təxmin etmək çətin deyil. Bu isə seçkiləri saxtalaşdırmaqla beynəlxalq təçrid vəziyyətinə düşən hakmiyyətin Qərblə münasibətlərini daha da pisləşdirəcək. Bunun zərbəsi isə Azərbacan dövlətinə dəyir.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar