“ABEL MƏHƏRRƏMOVA ZƏNG VURDUM, DANIŞA BİLMƏDİK...” - Şeyx o qalmaqaldan danışdı

"O işdən azad ediləndə mən burda olmamışam, qayıdandan sonra telefon açmışam, ancaq hələlik danışa bilməmişik"

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə müsahibə verib. Şeyx bu müsahibədə son günlərin ən aktual mövzusu - özünün də adının qarışdığı Abel Məhərrəmov qalmaqalı haqda fikirlərini açıqlayıb.

"AzPolitika.info" müsahibənin həmin hissəsini və bəzi maraqlı məqamlarını təqdim edir:

– Yeri gəlmişkən, noyabrın əvvəlində Madriddə keçirdiyiniz tədbirlə bağlı mediada çoxlu sayda yazılar dərc olundu. BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla bağlı, xüsusən də təyyarədə şərab aparılması, bundan başqa oteldə qalmaqalla bağlı yazılar oldu. Bu yazılara münasibətinizi bilmək istərdik. Orda həqiqətən nə baş vermişdi?

– Mən açığı bir şey baş verdiyini görməmişəm. Bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir. Mən bu cür səfərlər olanda evdə hazırlaşıram, məlumat verirlər ki, təyyarə hazırdır, uça bilərik. Ondan sonra mən də gəlirəm, təyyarəyə minib yola düşürük. Təyyarədə mənim və digər səfər iştirakçılarının geyimləri, şəxsi əşyaları olan çantalar olur. Bir də bizim heyətdə olan çəkiliş qrupunun avadanlıqları.

Amma qəti şəkildə deyirəm ki, belə bir məsələ olmayıb, bu, yalandır. Nəyə görəsə bunu yazırlar, deyirlər. Yəqin ki, düşmənçilik məqsədi ilə edirlər. Axı dövlət var, dövlətin sərhəd, gömrük xidməti var, media var. İspaniya böyük bir dövlətdir, ciddi nəzarət sistemi var. Hətta biz ora gedəndə sərhəddə ayaqqabılarımıza qədər yoxlayırlar. Necə oldu ki, bu qədər yükü oradan keçirdilər? Bütün bunlar necə ola bilər? Elə başa düşürəm ki, bütün bunlar quraşdırmadır. Təyyarənin gecikməsi normal hadisədir, çarter reyslər də bir qayda olaraq yubanır. Mən o zaman soruşmuram ki, təyyarə niyə ləngiyir? Digət tərəfdən, mən nə Abel müəllimin, nə də heyətdə olan digər şəxslərin içki içdiyini görməmişəm.

Tədbirimiz yüksək səviyyəli bir konfrans idi. 260 nəfərdən çox nüfuzlu qonaq vardı. Orda mən də, Siyavuş müəllim də, Abel müəllim də çıxış etdi. Axırda da prezident həzrətlərinin məktubu oxundu. Burda bəzi şeylər yazırlar, mən Bakıya gələndən sonra oxudum. Guya məni nömrədən çıxarıb dəvət ediblər. Belə şey olmayıb.

Oteldə qalarkən nümayəndə heyətinin üzvləri adətən otelin foyesində oturub çay içirdilər. Bir dəfə məni də dəvət etdilər, oturub çay içdik. Səhəri gün nümayəndə heyəti ilə birlikdə Əli bəyin evində qonaq olduq, səmimi şəraitdə söhbətlər oldu, orada Abel Məhərrəmov da, Siyavuş Novruzov da gözəl çıxışlar etdilər, beynəlxalq konfransın yüksək səviyyədə təşkilində roluna görə Əli bəyi təbrik etdilər. Çox gözəl münasibət oldu. Heç bir başqa söhbət olmayıb. Ölkəmizin İspaniyadakı səfiri — Abel müəllimin oğlu Anar Məhərrəmov da orada bizimlə birgə idi.

Anar müəllim bizim ötən illərdə İspaniyada keçirdiyimiz konfranslarda da iştirak edib. Mən keçən il İspaniyada konfransdan sonra Bakıya qayıdanda prezident cənabları ilə görüşümüz oldu və mən orda səfirimizin müsbət fəaliyyətini, gördüyü işləri qeyd elədim. Prezident bundan məmnun qaldı. Biz Abel müəllimlə illərlə dostuq, münasibətimiz olub. Ona böyük hörmətim var. Uzun illər İlahiyyat Fakültəsində imtahan komissiyasının sədri olmuşam, universitetdə dərs demişəm, professor olmuşam, birgə tədbirlər keçirmişik. O işdən azad ediləndə mən burda olmamışam, qayıdandan sonra telefon açmışam. Ancaq hələlik danışa bilməmişik, mümkündür ki, xəbərsiz olub.

O ki qaldı Abel müəllimin rektorluqdan azad edilməsinə, bu prezident cənablarının müstəsna səlahiyyətidir. Heç kimin bu işə qarışmağa ixtiyarı yoxdur. Prezident kimə görəsə kimisə işdən azad etmir. Bu gün işdən azad edib, bəlkə gələcəkdə başqa yerdə lazım olacaq? Bu işə Abel müəllimin oğlunu, qardaşlarını qarışdırmaq mən elə bilirəm ki, çox böyük haqsızlıqdır.

– Şəxsi münasibətləriniz necədir? Bu tədbirdən sonra Abel Məhərrəmov, ya da Siyavuş Novruzovla aranızda soyuqluq yaranmayıb?

- Yox, heç bir soyuqluqdan söhbət gedə bilməz. Mən onunla bu gün də dostam. Mən onun oğluna oğlum kimi baxıram, nəvəsinə nəvəm kimi. O da mənə qarşı elədir. Bizim aramızda heç bir problem yoxdur. Siyavuşu da oğlumdan, qardaşımdan ayırmıram. Vaxtilə onun nikahını da mən kəsmişəm. Bir böyük, agsaqqal olaraq özümə hər zaman ondan yalnız ehtiram görmüşəm.

– Bundan əvvəl isə Çexiyada mülklərinizin olması bağlı mətbuatda və sosial şəbəkələrdə məlumatlar yayıldı. Hətta bəzi alqı-satqı sənədlərinin surətləri də internetə düşdü. Bu məlumatlar nə qədər həqiqətə uyğundur? Çexiyada ev və ya əmlakınız varmı?

– Tamamilə yalan məlumatdır. Mənim orda heç bir şeyim yoxdur. Mən artıq uzun illərdir ki, Karlovı Varıda müalicə alıram. Orada həkimlərim var, hər il məni müalicə edirlər. Hər dəfə müalicəyə gedəndə orada namaz qılmağa yer tapmaq problem olurdu. Odur ki, ibadət, namazlarım üçün münasib yer axtarırdım. Adını çəkmək istəmədiyim azərbaycanlı iş adamları var, din xadimi olaraq ehtiram göstərib orda namaz qılmaq üçün mənə bir yer aldılar. İki maşınlıq qarajının üstündə yerləşən 23-24 kvadratlıq yeri alıb orada otaq, mətbəx və dəstəmazxana düzəltdirib vermişdilər mənə. Orda Quranım, namaz səccadəm vardı. Bir də yerli yeməkləri yeyə bilmirdim deyə, orada ayrıca yemək hazırlayırdıq. Allah rizası üçün bu savab işi etmişdilər. Məlum şayiələr yayıldıqdan sonra mən o yerdən imtina etdim, sahiblərinə qaytardım. Məqsədli şəkildə xəbərlər yayırlar ki, guya orada mənim böyük əmlaklarım var. Belə şayiələri qəsdən şişirdirlər. Bütün bunlar dövlətçiliyimiz adına, dini lider olaraq şəxsimə qarşı düşmənçilik məqsədlidir. Amma narahat deyiləm, haqqı qoruyan Allahdır.

– Beşmərtəbə bina da göstərilirdi ki, sizə məxsusdur.

- Hə. Olmayan çox şeylər yazırlar. Lakin bunların heç biri həqiqətə uyğun deyil.

– Amma bir şey də var ki, siz dövlət məmuru deyilsiniz. Sizin əmlakınız qanunla ola bilər… Yeri gəldi deyə soruşum. Nəvələriniz İstanbuldadır, ya Bakıda?

(Gülür.) O da yalan məlumat idi. (Bir neçə il əvvəl mətbuatda Şeyxin oğlunun ailəsi ilə birlikdə İstanbula köçməsi ilə bağlı xəbərləri qəsd edir – K.R.) O zaman gəlinim xəstə idi, İstanbula müalicə üçün getdilər. Təbii ki, uşaqları da özləri ilə apardılar. Mən deyirəm ki, oğul mənimdir, heç yerə getməyib, Bakıda yaşayır. Amma bunu da bir hadisəyə çevirdilər, mənə qarşı kampaniyaya çevirdilər. Halbuki əsası yox idi, amma yazırdılar.

– Açığı, Siz tirajlı şəxssiniz. Sizinlə bağlı xəbərlər çox oxunur. Haqqınızda yazılan istənilən xəbər ən çox oxunanlar siyahısına daxil olur. Bəlkə də bununla əlaqədardır.

– Olsun, yazılanlara bir söz demirəm, amma bir az insafla yazsalar, barı. Bir şeyi deyim. Moskvada erməni katalikosu Qareginlə görüşdə o mənə etiraf elədi ki, bizim mətbuatda sənin barədə mənfi yazılar yazılır. O ermənidir, aydındır ki, məni qaralayırlar. Bəs burda yazanın məqsədi nədir? O niyə məni gözdən salmaq, qaralamaq istəyir?

Mənim 70 yaşım var, göydə Allahdan, yerdə qanundan başqa çəkinəcəyim bir şey yoxdur. Amma bir dini lider barədə yalan yazmaq, olmayanları yaymaq etikadan kənardır, milli mənəviyyatımıza uyğun deyil.

– Gələn il 70 illik yubileyiniz gəlir. Bunun yarıdan çoxunu, yəni 40 ilə yaxınını Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etmişiniz. Sovet dövründə Şeyx olmaq, dini proseslərə rəhbərlik etmək, özü də cavan yaşda necə idi? Ötən illərlə bağlı xatirə yazmağı düşünürsünüz?

– Gələn il sağlıq olsun həm 70 yaşım, həm də Şeyxülislamlıq fəaliyyətimin 40-cı ili olacaq. Mən öz yubileyimi ailəmin içində keçirəcəm, ailəmlə bir yerdə olmaq istəyirəm. Amma bunula bağlı hansı qərar qəbul edilərsə, ona uyğun da işimizi planlaşdıracağıq. Bunu gələcək göstərəcək.

Xatirələrə gəlincə, həqiqətən də vaxtım yoxdur. Amma həmişə fikirləşirəm ki, zaman ayırım, xatirələrimi yazım. Amma nə təqaüdə çıxa bilirik, nə də məzuniyyətə. Beləcə qalıb hələ ki. İnşallah vaxt olar yazarıq. Amma həqiqətən çox maraqlı xatirələrim var. Mən iki dövlət, iki dünya görən bir adamam. Kommunist rejimində yaşayıb işləmiş, bu gün də müstəqil Azərbaycan vətəndaşı kimi çoxlu xatirələrim var. Çox şeylər dəyişib.

O zaman bizi xaricə getməmişdən əvvəl Moskvaya çağırıb söhbət edərdilər. Həccə gedəcək adamları çağırıb onlarla söhbət edərdilər. Deyirdilər ki, sənin sovet parpostun var, sən bununla qürür duymalısan. Bir sovet vətəndaşı 100 başqa insana bərabərdir və sair. Amma sonra sovet rejimi dağıldı və hər şeyin fərqli olduğu məlum oldu. Maraqlıdır ki, o zaman soveti tərifləyənlər, indi onların bəzisinin səsi bu tərəfdə də gəlir. Ən qorxulusu da odur ki, bəzən özlərini dindar kimi göstərir və bəzi işləri də xarab edirlər.

635x100

Şərhlər

Achmad 2018-11-26 10:06:39

Görəsən çeyxin bu şərhlərdən xəbəru varmı?Heç olmaa oxuyanlar ona desin ki, bir də belə yalanla çıxış eləməsin.Ayıbdır axı!Onun yalan danışdığını Qafqaz müsəlmanları eşitsə ona necə hörmət edərlər?

Cabir 2018-11-26 10:06:39

Bir atalar sözü yada düşür: Dostunu göstər,sənin kim olduğunu deyim.

keflisikəndər 2018-11-26 10:06:39

ay Azpolitika qağa, deyəsən sən də şeyxin cəddindən və cadu-pitiklərindən qorxub kommentimi babatca sünnət eləmisən. ondansa elə dibindən kəsib atardın da...

Şeyxə sual 2018-11-26 10:06:39

Şeyxin yalan danışması iki qat günahdır.Bunu şeyx bilmirmiş? Bəs niyə yalan deyir?Nə zaman onu İspaniyada təyyarədən enəndən sonra yoxlayıblatr? VİP-lə gedib,VİP-lə gəlib.Ylan üərində qurulan siyasət çürüyər.

KİŞİ KİMİ DE Kİ: 2018-11-26 10:06:39

GEDİRƏM MARKET ŞPİŞAKOVAYLA BİRGƏ ... MÜALİCƏ OLUURAM...

Sual 2018-11-26 10:06:39

Şeyxin çaxır çəlləyi daşıyan Abel Məhərrəmovla dostluğu necə başa düşülür? Alqokol hara islam şeyxi hara? Bunları birləşdirən nədir?

Operator 2018-11-26 10:06:39

Möhtərəm şeyx, yəqin Abelə zəng çalanda nömrənin önündəki prefeksdə səhf etmisən. Çünki ABELİN NÖMRƏSİ SƏNDƏKİ KİMİ EHSANSELL deyil. ona görə də nömrə önünə 040 əvəzinə 050 yığ.

KEFLI ISGANDER 2018-11-26 10:06:39

A millət, bəyəm görmürsünüz ki.... Oxuyub beyinlərə ...... Digər tərəfdən də 40 illik .... 34 rv.m-lik qarajda yaşamağın isə analoqsuz nağıldır....

Moshu 2018-11-26 10:06:39

Dindarlardan əvvəlcədən üzr istəyirəm. Kül o millətin başına ki.... Bu boyda qalmaqaldan sonra deyəsən ki, belə şey olmayıb, bu adamda ya görmə, ya eşitmə, ya da duyma problemi var. Bu qədər problemi olan adamın normallığına şübhələr var. Hayıf bu millətdən. Hesab edirəm ki, bu nümayəndə heyətinin tərkibində yeganə sözü bütöv olan insan Siyavuş Novruzovdur. "Azpolitika" ondan müsahibə ala bilsə, bəlkə də bütün məsələlərə aydınlıq gətirilər

Valeh 2018-11-26 10:06:39

Her halda duwunuremki Sheyx bu geder yalan demez. Demek butun baw verenler Abele garwi bir oyundur.

sual 2018-11-26 10:06:39

seyxe inansaq bele bir sual ortaya cixir, bes mirelem neye gore abeli exlawsiz adlandirirdı?

Molla 2018-11-26 10:06:39

Şeyx Abel məsələsini malalamaqla özünün də iştirakını təkzib etmək istəyib.Yoxsa bu boyda məsələni.İspaniyadakı hay-küyü niyə malalayır.Axı bu məsələ məşhurlaşdıhamıya bəlli oldu.Belə çıxışla şeyx özünü hörmətdən salır.Bir də ki, şeyx xarici işlər naziridir ki, tez-tez Avropada peyda olur.Onun gedəcəyi yer Qafqazdır,bir də həc zamanı Ərabistana gedə bilər.Axı din dövlətdən ayrıdır.Otursun yerində dini təbliğ etsin,möizələr oxusun,Yoxsa turist kimi gəzməklərdədir.O nəzarət edilmir?

Arif Əliyev 2018-11-26 10:06:39

Ardı--oğluna mən söz vermişəm əməl etməliyəm bu mənim əməlim buda pirin.

GM 2018-11-26 10:06:39

Sanki Şeyx nədənsə qorxur Deyirəm bəlkə çaxır alverində onun da ``payı`` var.Biznesmen Həcilərimiz azdırmı bəgəm.İranda olduğu kimi bizdə də son zamanlar namazdan bir az qabaq şərab içmək adi şeydir.Neçə hacı tanıyıram Təyarəyə minməzdən əvvəl 250 qr Konyak içir ki ``qorxmasın``.

Mehdi 2018-11-26 10:06:39

Bes yaxsi sen ne ucun Karlovi Varida mualice olunursan axi.Bes deyirdin bizim olkede olan sehiyyenin, hekimlerin xestexanalarin butun dunyada analoqu yoxdu.Nece olurki sen seyx ,dindar gedirsen xristiyan olkelerinde mualice alirsan.En azi sen Iran kimi olkelerde mualice alaydin kas.Ne ise ayibdir vallah.

miri 2018-11-26 10:06:39

... yalan danışırsan!

TEQAUDCU 2018-11-26 10:06:39

MEN DEYIREM BIZDE SEHIYYE YAXWI INKIWAF EDIB. ANCAQ OZUM MUALICEYE XARICI OLKEYE GEDIRE M ONLARIN QEWENG BIR KELAMI VAR, DEYIRLER KI , MEN DEYENY ELE ,ANCAQMEN ELEYENI ELEME

Pisi 2018-11-26 10:06:39

Abel cixmaliydi cixardilar cunki tehsilde kohnelerden bir o qalmisdi ...

Hörmətli oxucu. 2018-11-26 10:06:39

Bismillahir-Rəhmanir-Rəhim . Dәmәşq mәscidindә, Yәһya peyğәmbәrin mәqbәrәsindә bir әrәb oraya ziyarәtә gәlmişdi. O, namaz qıldıqdan sonra dua oxuyub, Allaһdan kömәkliklәr istәdi. Sonra o, mәnә müraciәt edib dedi: — Hakimiyyətə mәrһәmәtli vә sәdaqәtli olduğuna inandığıma görә, çünki güclü bir düşmәn mәni һәdәlәyir. Cavabında dedim: — Gücsüz rәiyyәtә rәһm elә ki, güclü düşmәndәn zülm görmәyәsәn! Şeyxülislam Allahşükür Paşazadə dediyindən belə çıxır ki,KİV-də yazılanlar yalandır! Amma gəlin sadəlövh olmayaq! Mirşahin dedikləri nədir? mediaya təqdim olunan şəkillər nə deməkdir?Bunların haməsı yalandır? Şeyxülislam deyir ki, “mən nə Abel müəllimin, nə də heyətdə olan digər şəxslərin içki içdiyini görməmişəm”- bu nə qədər düzdür? Zaman ədalətli hakimdir“Nə atarsan aşına, o da çıxar qarşına”.

Sakit 2018-11-26 10:06:39

....Allahşükür böyüklüyü orasındadır ki,o dinin puç lduğunu isbat etdi.

EJDER 2018-11-26 10:06:39

KEFLI ISGENDER DEMIWKEN ...VUR GELSIN...YOX KEFLI DOSTUN ABEL DEMIWKEN...SUZ GELSIN.5 MERTEBELI NAMAZ OTAQI,POVAR ,OFSIAT,BIR DE 50 NEFER TELOXRANITELIN.ISTIRAET,MEZUNIYYET BILMIR,AMMA TEZ TEZ MUALICEYE GEIR ,XARICE...BES BIZIM ANALOQU OLMAYAN HEKIMLERMIZE EHTIBAR ETMIR,WEYXMIZ...BU QEDER PUL HARADANDIR...

Arif Əliyev. 2018-11-26 10:06:39

Çoban sürünü yaylağa qoldırır yolüstü pirdə ayaq saxlayıb pir sahibinə dua edir "Ya pir bu ilki yaylağda sürüm artsa vəziyyətim yaxşı olsa gələndə hökman burda sürüdən ən yaxçı qoçu qurban kəsərəm"çobanın arzuladığının əksi olur tez-tez yağış yağır tufan olur sürünün çoxu ölür artıq çoban geri dönməli olur beş-altı baş arığ-trığ qoyunla pirə çatanda qoyunlardan birini çəkib qurban kəsmək istəyir bu anda oğlu ona deyir ata axı sən demişdin sürü çoxalsa kəsərəm gördündə o boyda sürüdən 5-6 -sı qalıb çoban.

t.ədalət 2018-11-26 10:06:39

....Adı bir çox fırıldaqlarda hallanan Evsen adlı işbaz,deyirlər , onun həm qudası,həm də ortağıdır.İndi,xilas üçün "yüz yol arayırlar",amma xeyri olmur."Su səhəngi suda sınar"- məsəli var......

Mehdiyə 2018-11-26 10:06:39

Bes deyirdin bizim olkede olan sehiyyenin, hekimlerin xestexanalarin butun dunyada analoqu yoxdu.Şeyx düz deyir o demir ki yaxşılıq da analoqu yoxdur o nəzərdə pisliyində analoqu yoxdur demək istəyir Diqqətli olun oxuyanda

Elmira QURBANOVA 2018-11-26 10:06:39

Adam savab qazanir.Basqasinin eybini ortmek savabdir axi.

Cavid 2018-11-26 10:06:39

Bakı şəhərində onu tapmaq nə çətin olub? Özü də şeyx üçün! İnandırıcı deyil.Məhərrəmov digər planetdə olur?

Vətəndaş 2018-11-26 10:06:39

Yaxşı bəzəyir.Deyirlər qonşuda toydur.Ayılıb deyir ki,bu səs haradan gəlir.Ölkənin şeyxi də yalan danışanda onda millətin dinə münasibəti,şeyxin şəxsiyyətinə hörməti qalarmı? A kişi, Millət vəkili bir tərəfdən.Mirşahin o biri yandan,mediaya təqdim olunan şəkillər,çəlləklər digər yandan sən deyirsən belə şey olmayıb.Ayıb deyilmi? Bundan sonra sizə kim inanar?Heç olmasa bir az yüngül formada etiraf edəydiniz.Bunu da düşünə bilmədiniz?

cəngərlik sakini 2018-11-26 10:06:39

AGENT-007

Kazımağa 2018-11-26 10:06:39

Ölkənin baş dindarı belə...........

Vətəndaş 2018-11-26 10:06:39

Tağı Əhmədov demişkən.... düzünü de onsuz da hadisənin necə baş verməsi hamıya bəllidir.

Son yazılar