VASİF TALIBOV GÖMRÜK KOMİTƏSİNİN SƏDRİNİ İŞDƏN ÇIXARDI - Fərman
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov vəzifəsindən azad edilib.
Naxcivan televiziyasının məlumatına görə, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Asəf Səttar oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, Asəf Məmmədov Naxçıvanın hakim elitasında Vasif Talıbova ən yaxın kadrlardan biri idi. Onların vaxtilə ali məktəbdə bir qrupda oxuduqları, gənclik illərindən dostluq etdikləri məlumdur. Bu baxımdan Asəf Məmmədovun vəzifəsindən azad edilməsi maraqla qarşılanıb.
Vasif Talıbovun belə bir qərar verməsinin səbəbi açıqlanmayıb. Ancaq Asəf Məmmədovun daha yüksək vəzifəyə təyin olunacağı da istisna edilmir.
AzPolitika.info
Şərhlər
bıy başıma xeyir
Vasif Talibov Azərbaycan hakimiyyətini vecinə (...) almır.Ona görə ona...