XƏZƏR ASLANOVUN ALİ TƏHSİLİ YOXDUR? – Açıqlama

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun ali təhsilinin olmaması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

A24.az xəbər verir ki, icra başçısının heç bir təhsilə yiyələnmədiyi barədə yayılan məlumatlar isə müzakirə mövzusuna çevrilib.

Belə ki, icra başçısı Xəzər Aslanovun “vikipediya”da və icra hakimiyyətinin rəsmi saytında haqqında yazılan məlumatlara baxış keçirərkən onun təhsili barədə heç bir informasiyanın yerləşdirilmədiyi məlum olub. Bundan sonra başçının təhsilsiz olması barədə iddialar daha geniş yayılmağa başlayıb.

Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətinin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Əzizov A24.az-a açıqlamasında bildirib ki, X.Aslanovun təhsilsiz olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Ali təhsilsiz, nəinki icra başçısı, hətta icra nümayəndəsi də təyin etmək mümkün deyil. X.Aslanov Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) politologiya ixtisasını bitirib. Neçənci illərdə tələbə olduğunu bilmirəm. Sıradan bir icra nümayəndəsi və digər vəzifəli şəxsin ali təhsilinin olması vacibdirsə, icra başçısının ali təhsilli olmasının vacibliyinə söz ola bilməz. Bunu bilməyə cüzi dünyagörüşü lazımdır”.

A.Əzizov icra başçısının tərcümeyi-halının yenilənmiş formada tezliklə “vikipediya”da və qurumun saytında yerləşdiriləcəyini də qeyd edib.

Qeyd edək ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin ikinci müddəasına əsasən, yerli icra hakimiyyətinin başçısı təyin edilən şəxsin ali təhsilli olması zəruridir.

635x100

Şərhlər

Taleh 2018-11-26 22:18:47

Adama elə gəlir ki, bu Xəzər müəllimin Ali təhsili, o cümlədən savadı yoxdur. Bir adam ki, yazını üzündən oxuya bilmir, camaat qarşısında çıxış edə bilmirsə onda onun hansı savadından danışmaq olar? Eşitdiyimə görə Xəzər müəllim kənd təsərrüfatı naziri İnamın atası ilə doğma dayı oğlu-bibi oğludur. Buna baxmayaraq onu vəzifəyə Fəttah Heydərov müəllim qoydurub. Tak-çto dərman öz işindədir baş ağrısa özünüzə qalcaqır.

Qazi-yə 2018-11-26 22:18:47

Belə çobanlardan ,sağıcılardan istədiyiniz qədər İcra başçıları,Nazirlər və Komitə sədrləri arasında,dövlət aparatında taparsınız.Sadəcə müsabiqə elan ediniz.

qazi 2018-11-26 22:18:47

KƏNDİMİZƏ COBAN AXTARIRIQ

mister X 2018-11-26 22:18:47

İnsanın mədəsi baçından aşağıdadır.

Kamil 2018-11-26 22:18:47

Tərcümeyi halına diqqət etsəniz bu adam doğulanda təhsilli doğulub.Ona görə onun vaxtı olmayıb ki,təhsilə artıq vaxt sərf etsin.Belə vunderkindlər vəzifələrdə istədiyiniz qədər var.Hətta nazir də var.Önəmlisi təhsil.savad,uyğunluq.bacarıq deyil.Əsl gərək əslən Yeraz olasan,atan.qaedaşın vəzifədə olsun və ya vəzifəlilərlə qohum.quda olasan.Bu Azərbaycan reallığıdır.Bu da konkret misal!

Ələkbər 2018-11-26 22:18:47

Adə! Bunu haradan tapıblar? Bu adam dərisinə sığmır.Yəqin yaxşı iştahası var.Bu rayonda bir şey qalmaz ki!

G M 2018-11-26 22:18:47

İH Başçıları hansı vacib məsələlərlə məşğul olurlar ki,Ali təhsilə ehtiyacı olsun.Kəndxudalıq Ali təhsilsiz də keçinər.

PETRİOT 2018-11-26 22:18:47

GUYA ALİ TEHSİLİ OLSAYDI NE İSE DEYİŞECEKDİ

YAXŞI GÜLDÜM EEE... UY DA... AZERİ-ŞOU: 2018-11-26 22:18:47

ONDA GƏRƏK Kİ, HEYVANLARIN VƏ QUŞLARIN İCTİMAİ-SİYASİ BAXIŞLARININ REGİONDA GEDN PROSESLƏRƏ TƏSİRİ ÜZRƏ ELMLƏR NAMİZƏDLİYİ YAZSIN Kİ, BƏLKƏ QABAĞA GEDƏ BİLDİ- A TO BU KƏND TƏSƏRRÜFATINDA POLİTOLJİ FƏALİYYƏT AĞIR SÖHBƏTDİ AKKACANI AY QAAA ELƏMİ, HAAYYY DANA...

Araz 2018-11-26 22:18:47

belələriini işə götürürlər ki ... olsun istənilən mənfi xüsiyyətləri qəbul etsin və etdirsin.Normal təhsilli minsanlar da sınıb məhv olub gedirlər. Belə yaramazlar da kef çəkirlər. Bir də eşidirsən ki milyard atıb.

EJDER 2018-11-26 22:18:47

AZERBAYCANDA TEYINAT UCUN SABAD,BILIK,VETENPERVERLIK LAZIM DEYIL...ONUN YAWINDAKILAR QARABAQDA DOYUWURDULER...NE ISE...ADAM OLMAYIB,OLMAYACAQDA.ONDAN YAXWI ALIM CIXACAQ,AXIRDA

Abit 2018-11-26 22:18:47

Men bu adamın icra başçısı işlemesine meettel qalıram,ne bir normal danışığı var,ne siyasi sabadı,Yardımlını xaraba qoydu,büdceni talamaqla meşğul idi.Xeber alın görün bir Yardımlı veya bir Xızılı onun fealiyyetinden razıdırmı?Qardaşı Gencede Fövqalade hallarda Regional reisi olanda Ebülfez adlı birisine yarım milyon manatı nece atmışdı,helede ala bilmeyib

Realist 2018-11-26 22:18:47

Azərbaycanfda vəzifələrə almaq üçün mütləq əslən ..... Təhsil,savad,staj,uyğunluq,bacarıq boş şeydir.Kimdir buna baxan.

vidadi 2018-11-26 22:18:47

bu nesilde ali tehsili olmayan birce neferde yoxdur

Qalib 2018-11-26 22:18:47

K/T institutunda politologiya fakultəsi olmayıb və ola da bilməzdi.Saxtakarlıqdır bu.Bu adamı 2 rayona icra başçısi qoyublar, amma ... heç olmasa sənədlərinin olub olmadıgına baxan olmayıb.....

t.ədalət 2018-11-26 22:18:47

Xəzər Aslanov çox gözəl bir insanın,Qəşəm Aslanovun oğludur.Yəqin ki ali təhsili var.Əslən Göyçə mahalından olan atası Qəşəm Aslanov qəzet redaktoru və raykomun birinci katibi olub.Xeyrxah insan kimi yaddaşlarda qalıb.

Əli 2018-11-26 22:18:47

diplom lazım deyil yeyib dağıda bilməyi bəs edir.

Omar 2018-11-26 22:18:47

Məsul vəzifədə işləyən bir qohum var,bu yaxınlarda savadsızın birini vəzifəyə qoyublar.Deyirəm o qoyundur,onu necə vəzifəyə qoymusunuz?Deyir elə bizə qoyunlar lazımdır ki,idarə edə bilək.Tak çto kefinizə baxın və xəyallar qurun ki, nə vaxtsa bizləri yüksək intelektli insanlar idarə edəcək və onda bu xalq insani dəyərlərin,yaşam tərzinin,sosial ədalətin olduğuna inanacaq.Nə vaxtsa gələcək gözəl illər diləyilə.

Sevinc Isgenderova 2018-11-26 22:18:47

Menim qardashim bunun yaninda ishleyir cox savadsiz biridir ozunu cox yeke yeke aparir

analitik 2018-11-26 22:18:47

Guya daha fərqli ali təhsil alanlara fərq qoyulur? YOX! YOX!YOX! Hazırda əsasən rusdilli və hakimiyyətdə təmsil olunanların övladları vəzifələrə təyin edilirlər. Bu isə təsadüfü deyildir. Azərbaycanı yenidən Rusiyanın təsirinə salmağa çalışanlar var...

Araz 2018-11-26 22:18:47

Kənd təsərrüfatı Akademiyasında aqronom,baytar ixtisasl ola bilər Politologiya ixtisasının Kənd Təsırrüfatı ilə əaqəsi şübhəli deyilmi? Nə isə şübhəli məlumatdır.

Son yazılar