ABŞ-dan Rusiyanın hücumuna reaksiya - "Həyasızcasına edilmiş hücum..."

Bu həyasızcasına edilmiş hücum beynəlxalq cəmiyyət tərəfindən pislənməli və heç vaxt qəbul edilməməlidir.Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli çıxış edib.

Heyli Rusiyanın Ukraynanın Kerç boğazından qanuni keçmək haqqı olan gəmilərə müdaxiləsinin beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

Qeyd edək ki, Rusiya ötən gün Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq aparılıb. İnsident nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb.

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2018-11-26 22:59:54

Kor kora kor deməsə bağrı çatlayar.İrakı,Liviyanı,Suriyanı həyasızcasına bombalayan ABŞ dünyanı çaşdırmaq istəyir.Mənim həm ABŞ-dan həmdə ki,Rusiyadan zəhləm gedir.Ancaq bu bir həqiqətdir ki,bu gün Ukraynada baş verənlərə görə bir başa günahkar ABŞ-dır.Nə üçün ABŞ rədd olub gedib oturmur öz xarabasında.Əgər Rusiya imkan versə ABŞ çoxdan NATO-nu Krımda və Gürcüstanda yerlıəşdirərdi.Bütün baş verəmlərin səbəbi bu lənətə gəlmiş NATO-dur.

Son yazılar