“Bavariya” Vengerlə danışığa başladı

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger “Bavariya”nı çalışdıra bilər.

Qol.az-ın “The Teleqraph”a istinadla yaydığı xəbərə görə, Münhen klubu hazırkı baş məşqçi Niko Kovaçı fransalı mütəxəssislə əvəzləmək istəyir. Artıq Vengerlə danışıqlar aparıldığı bildirilir.

Qeyd edək ki, Münhen klubunun Bundesliqada 5-ci pillədə qərarlaşması rəhbərliyi qane etmir. Buna görə də Kovaçın növbəti uğursuz oyundan sonra istefaya göndəriləcəyi iddia olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar