VAŞİNQTONDAN RƏSMİ BAKIYA SƏRT CAVAB-"Azərbaycandakl indiki durum sonsuza qədər davam etməyəcək”

“Əgər Əliyev rejimi seçkiləri bu yolla legitinləşdirmək istəyirsə, bu doğru yol deyil”

"ABŞ hökumətinin korrupsiyaya uğramış despotları və öz xalqını aldadanları təbrik etməyin sadəcə olaraq heç bir bəraəti yoxdur”

ABŞ Dövlət Departamenti bu məsələyə təfərrüatları diplomatik kanallarla dəqiqləşdirdikdən sonra reaksiya verəcək. PA-nınm rəhbəri Ramiz Mehdiyevin Vaşqintonun Azərbaycanda prezident seçkilərinə müdaxilə etməsi haqda ittihamına Turanın şərh vermək xahişinə Dövlət Departamentindəki mənbə bildirib.

Burada söhbət özəl olaraq R.Mehdiyevin ABŞ-ın müxalifət namizədinə 25% səs yazılması barədəki açıqlamasından gedir.

Azərbaycanda sçeki prosesini izləyən və ABŞ hökumətinin keçmiş təmsilçisi Bakının iddialarını “yalan və qeyri-ciddi” adlandırıb. “Əgər Əliyev rejimi seçkiləri bu yolla legitinləşdirmək istəyirsə, bu doğru yol deyil” deyə mənbə bildirib.

Rəsmi Bakının Vaşinqtona olan iddialarını şərh edən İndiana universitetinin professoru Martin Şpeşler Əliyev hökumətini daha şəffaf olmağa çağırıb.

“Əgər Əliyev seçkilərin etimadlı olmasına xidmət göstərmək istəyirsə beynəlxalq müşahidəçiləri dəvət etməli, bütün namizədlərə azadlıq təmin etməli və ölkənin gələcəyi haqda açıq diskussiyalar aparmalıdır” deyə M.Speşler qeyd edib.

“Əliyev rejiminin qeyri-demokratik olması hamıya məlumdur, bir çox səbəblərə və bizim sizin energi reusrslarından asılı omağımıza görə şübhə edirəm ki, ABŞ hökuməti bu haqda danışa bilər” deyə M.Speşler əlavə edib.

“Aydindir ki, ABŞ hökuməti müxtəlif məsələlərlə bağlı bəzən dünyanın ğn pis rejimləri ilə də münasibətdə olur. Buna baxmayaraq, korrupsiyaya uğramış despotları və öz xalqını aldadanları təbrik etməyin sadəcə olaraq heç bir bəraəti yoxdur” –deyə Azərbaycanlıların AZAD Amerika qurumu bəyan edib.

“Belə addım atdıqları halda məmurlar Amerikanın əsas demokratik dəyərlərinə və öz seçicilərinin etibalarına xəyanət edirlər”deyə AZAD qeyd edir.

Bununla bağlı xarici siyasi tədqiqatlar İnstitutunun eksperti Cerald Pobbins bildirib: “Bu seçki gününə qədər əvvəldən müəyyn edilən nəticələr idi. Bu sovet dövrünün elektoral siyasətindən qalmış qlaıqlardır və müasir dünyada yeri yoxdur. Bu siyasi parodiyanın gerçək sonluğu rus iqtisadiyyatını, daha avtoritar icra hakimiyyətini təqlid etməkdir” deyə analitik qeyd edib. O, ABŞ-ın seçkilərə müşahidəçilər göndərməmək mövqeyini səhv sayır. Onun fikrincə, ABŞ-ın seçkilərdə iştirakı Əliyev hökumətinə işarə ola bilərdi.

Ölkənin gələcəyinə toxunan C.Pobbins deyib ki, müxalifət birbirilə rəqabətə son qoyaraq vahid mövqedən çıxış etməldir. Həmçini müxalif partiyaların rəhbərliyinə yeni qüvvələr gəlməlidir.

İndi çox şey ümidverici görünməyə bilər, bir çox ölkələrdə belə olub ki, demokratlar rəqibin qat-qat üstün qüvvələri ilə üz-üzə gəlib. Amma Azərbaycandakl indiki durum sonsuza qədər davam etməyəcək” deyə C.Pobbins sonda qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar