Meksika ABŞ-a keçmək istəyən miqrantların deportasiyasına başlayıb

ABŞ ərazisinə keçməyə çalışan 100-ə yaxın mərkəzi amerikalı immiqrantlardan ibarət birinci qrup Meksikadan göndərilir.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bunu bazar ertəsi Meksikanın Milli Miqrasiya İnstitutunun səlahiyyətli nümayəndəsi Xerardo Qarsiya deyib.

Onun sözlərinə görə, söhbət ümumilikdə 98 mühacirdən gedir. Bazar günü Tixuan rayonunda zor gücü ilə ABŞ ərazisinə keçməyə cəhd edənlərin ümumi sayı təqribən 500 nəfər təşkil edir.

Elə həmin gün Meksika hökuməti bu hərəkətlərə görə sərt cəza tətbiq olunacağını və bütün iştirakçıların ölkədən çıxarılacağını bəyan edib.

Qarsiya bildirib ki, hazırda bu insanlar ölkədən çıxarılmaq üçün Qvatemala sərhədinə aparılıb.

Bundan əvvəl ABŞ sərhədçiləri Meksika ilə sərhəddə qanunsuz miqrantlara qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar