Macarıstan iki şübhəlini ABŞ-a təhvil verməkdən imtina edib

Macarıstan hökuməti qanunsuz silah alverində şübhəli bilinən iki şəxsi ABŞ-a təhvil verməkdən imtina edib.“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü xanım Hizer Nauert məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslər Rusiya vətəndaşları böyük Vladimir Lyubishin və kiçik Vladimir Lyubishin adlı şəxslərdir.

“ABŞ-ın tələbini rədd edən Macarıstan şübhəliləri Rusiyaya ekstradisiya edib ki, orada da onların məhkəmə qarşısına çıxması müəmmalı görünür”, - deyə vurğulayan H.Nauert Macarıstan tərəfinin bu addımından məyus olduqlarını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar