Fabio Kapello: "Futbolçularım Ronaldosuz da nəticə qazana biləcəklərinə inanırlar"

Fabio Kapello İtaliyanın "Roma" klubunun Çempionlar Liqasının V turunda İspaniya "Real Madrid"i ilə keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb.

"Report" "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, vaxtilə hər iki komandaya baş məşqçilik edən 72 yaşlı mütəxəssis Madrid təmsilçisinin hazırda rəqibindən daha pis vəziyyətdə olduğunu bildirib: "Onlar Kriştiano Ronaldo olmadan nəticə qazana biləcəklərinə inanırlar".

İtaliyalı məşqçi "Roma" klubunda vəziyyətin fərqli olduğunu vurğulayıb: "Onlar "Udineze"yə qarşı yaxşı oynadılar, amma matçın gedişində baş məşqçi Eusebio Di Françeskonun oyunçulara "topla yaxşı rəftar edin" dediyini eşitdim. İndi bu məsələlər əhəmiyyətli deyil. Edin Ceko meydana girəndə komanda dəyişdi. Təəssüf ki, onun "Real Madrid"lə matçda iştirakı şübhəlidir. O, "Roma"ya özgüvən verir və komanda üçün vacib elementdir. Düşünürəm ki, Di Françesko problemin nə olduğunu anlayıb".

Qeyd edək ki, "Roma" - "Real Madrid" matçı bu gün Baxı vaxtı ilə 00:00-da başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar