Xalq artisti Rasim Balayev: "Söyüş, küçə sözləri ilə..." - VİDEO

“Sağlamlığımın xətrinə yerli müğənnilərdən heç kimə qulaq asmıram. Həkim qadağan edib. Futbola, ağıllı proqramlara baxıram. Daha sonra Rusiyanın köhnə filmlərini izləyirəm, nəsə götürürəm”.

Bu sözləri xalq artisti Rasim Balayev CVN kanalına qonaq olarkən deyib.

O, verilişdə əməkdar artist Elza Seyidcahanı da tənqid edib:

“Elza Seyidcahan şeir oxuyur. Ona deyən yoxdu ki, işinlə məşğul ol, sən şair deyilsən. Bu şeirlər efirlik deyil. Onda mən çıxıb ağzıma gələni danışım? İbrətamiz nəsə varsa, buyursun. Zövqlər korlanıb”.

Məşhur aktyor bilirib ki, müasir komediya filmlərini bəyənmir: “Bütün sahələrdə, o cümlədən “Bozbash Pictures” tamaşaçıların zövqünü korlayır. Bu gün tamaşaçı ciddi şeylərə baxmaq istəmir. Söyüş, küçə sözləri ilə komediya yaradırlar. Komediya insanı düşündürməlidir. Kim komediyaları baxıb düşünür, örnək götürür? Boş gülüşlərdir”. (Qafqazinfo.az)

635x100

Şərhlər

Abdullah 2018-11-27 21:51:34

Rasim məllim indi çüşkaların dövrüdür tv de yalnız onların zövqü güdülür Çünkü orada elə çalışanda əksəriyyət özlerisir

Abit 2018-11-27 21:51:34

Men debil sayıram bele verilişlere baxanlara ve orada artistik eden gede ve xanımlara (....) dehşetdi

Rasim Balayevə 2018-11-27 21:51:34

Rasim müəllim,zövqlər qsdən korlandırılır.10-15 televiziya kanallarının hansında normal,intelektual veriliş aparılır? Dövlət TV-ləri tərif və yalan,özəllər özbaşına.Sanki televiziyayalara MTRŞ tapşırıb ki,. yanız səviyyəsiz,mənəviyyatı ,intelekti pozan verilişlər hazırlasınlar.Mənasız,boş seriallar,səviyyəsiz musiqi və müğənniciklər,boşboğaz aparıcılar üzündən kanallar seyr edilmir.Sanki ölkənin incəsənət.mədəniyyət aləmi cırlaşdırılıb.Sizinlə həmfikir insanlar kifayət qədərdir.

Semed 2018-11-27 21:51:34

RASIM muellim sizinle tamamile raziyam Elza xanim yaxsi miqennidir amma ser yazmaq onluq deyil

Son yazılar