Zirəddin Rzayevə Rusiyada yüksək vəzifə təklif olundu

Moskva şəhər Dumasının deputatı, ictimai birliklər və dini təşkilatların işi üzrə komissiyanın sədri Anton Paleyev Rusiyada Maqlar Assosiasiyası təsis etmək barədə təklif irəli sürüb.

Oxu.Az xəbər verir ki, Anton Paleyev peşəkar ekstrasenslərlə şarlatanları ayırd etmək üçün belə bir qurum yaratmağın vacib olduğunu söyləyib

Bu təklif səsləndirildikdən sonra sosial şəbəkə istifadəçiləri azərbaycanlı ekstrasens Zirəddin Rzayevin bu quruma rəhbərlik etməsini təklif ediblər. Məşhur ekstrasens bildirib ki, Maqlar Assosiasiyası yaradılsa belə, o, rəhbər olmaq fikrində deyil.

Zirəddin Rzayev Rusiya mətbuatına verdiyi müsahibədə deputat Paleyevin təklifinin yaxın gələcəkdə reallaşa biləcəyini də qeyd edib.

Zirəddin Rzayev “Bitva ekstrasensov” (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır .

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar