“İŞ ADAMINA KÜLLİ MİQDARDA RÜŞVƏT TƏKLİF OLUNUR…” – Mürvət Həsənlidən maraqlı bəyanat

İş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli “Facebook” üzərində çox maraqlı bir bəyanatla çıxış edib.

“AzPolitika”nın məlumatına görə, M.Həsənli Azərbaycanın tanınmış bir iş adamına Nazirlər Kabinetinin qərarının dəyişdirilməsinə nail olmaq məqsədilə külli miqdarda rüşvət təklif olunmasından bəhs edib. İş adamı yazır:

“Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycana idxal olunan toyuq əti və yumurtaya əlavə idxal rüsumunun tətbiqinin müddəti daha 1 illiyə uzadılıb. Qeyd edim ki, analoji qərar 2016-ci ildə qəbul olunmuşdu və müddəti bu il bitirdi. Yerli fermer təsərrüfatlarımızın mənafeyi və xarici şirkətlərin dempinq siyasətlərinin qarşısını almaq üçün uzadılan qərara damazlıq yumurta da əlavə olunub. Qərara əsasən, idxalçılar hər toyuq üçün 1 dollar, hər damazlıq yumurta üçün isə 10 sent əlavə rüsum ödəyəcəklər.

Cənab Prezidentimizin Azərbaycanın quş əti və yumurta tələbatının 100 %-nin yerli təsərrüfatların imkanları hesabına təmin edilməsinə hesablanmış bu qərarı, sözsüz ki, bir sıra xarici şirkətləri narahat edir. Xüsusilə, Türkiyədəki Arto Sevan Oskayan, Andarnik Raffi Bozacıyan kimi erməni iş adamlarının sərmayəsilə qurulan “Emre Piliç”, “Orallar” və “Garanti” şirkətləri Azərbaycan Nazirlər Kabinetinin həmin qərarını işləməz hala gətirmək, qadağaları yarmaq istəyirlər. Məqsəd, əlbəttə, təkcə pul qazanmaq yox, həm də Azərbaycan xalqının qida təhlükəsizliyini öz əllərində tutmaq imkanlarının yenidən bərpa olunmasıdır ki, bu da ilk növbədə Azərbaycan dövlətinin maraqlarına və Cənab Prezidentimizin iradəsinə ziddir.

Əldə etdiyim məlumata görə, erməni dairələri bu məkrli planlarını həyata keçirmək üçün artıq Azərbaycana öz emissarlarını göndərib. Erməni emissarı Ömür Oralın Azərbaycandakı ünlü bir iş adamının yardımı ilə Nazirlər Kabinetinə bu qərarı geri çəkməsi üçün aktiv təzyiqə başladığı bildirilir. Bunun üçün yerli iş adamına külli miqdarda rüşvət təklif olunur.

Həmin ünlü iş adamının kimliyi bizə məlumdur. Ancaq onun təklifə nə cavabı verəcəyi barədə məlumata sahib olmadığımızdan, adını səsləndirmirik. Ümidvaram ki, iş adamı erməni şirkətlərinin maraqlarına uyğun olan bu təklifi rədd edəcək, sapı özümüzdən olan baltaya çevrilməyəcək. Əks halda, biz milli maraqlarımızın əleyhinə yönələn addıma laqeyd qalmayacağıq və mübarizəmizi qanunların imkan vediyi cizgidə davam etdirəcəyik. Prezidentin iradəsinə qarşı çıxan yerli iş adamının da adını məhz o zaman səsləndirəcəyik”.

V.Nəsibov

635x100

Şərhlər

G M 2018-11-28 21:28:04

Br vaxt gələcək bunun hər yerini dağıdacaqlar

Əsəd 2018-11-28 21:28:04

Doğurdan da bəzi adamlar iqtidara sığınaraq əl altından özlərinə siyasi divident qazanırlar. İqtidar da bu adamlardan alət kimi istifadə edib lazım olmayanda kənara tullayır. Belə adamların səmimiliyinə inanmaq çətindir. AZPOLİTİKA fikrimcə bu mürvətin mövqei sizinki ilə üst-üstə düşmür.

İRADƏ 2018-11-28 21:28:04

Bu mürvət AZPOLİTİKANI ...

Son yazılar