Ərdoğan G20 sammitində «Ukrayna məsələsi»ni qaldıracaq – Poroşenkonun xahişilə

«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyib Ərdoğan Buenos-Ayresdə keçiriləcək G20 sammitində «Ukrayna məsələsi»ni qaldıracaq. Bu barədə Prezident Pyotr Poroşenkonun mətbuat xidməti xəbər verib.

İki ölkənin lideri telefon danışığı zamanı noyabrın 25-də Kerç boğazında baş vermiş insidenti müzakirə edərək, bu barədə razılığa gəliblər.

Söhbət zamanı Poroşenko «Rusiyanın Kerç hövzəsində nümayiş etdirdiyi həyasız təcavüzü» və Ukraynanın cavab tədbirləri barədə, xüsusilə də ölkədə hərbi vəziyyət elan olunması barədə Ərdoğanı məlumatlandırıb. Ukrayna lideri həm də Rusiya tərəfindən saxlanmış Ukrayna gəmi və dənizçilərinin azad olunması istiqamətində Türkiyənin Rusiyaya təzyiqi gücləndirməsini Ərdoğandan xahiş edib.

Mətluat xidmətnin məlumatına görə, Ərdoğan da öz növbəsində, «Rusiyanın aqressiv hərəkətini» pisləyib.

Məlumat üçün bildirək ki, G20 sammiti 30 noyabr - 01 dekabr tarixlərində Argentinanın paytaxtında keçiriləcək. Tədbirdə Rusiya və ABŞ prezidentlərinin görüşü də planlaşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar