AZƏRBAYCAN TƏHSİLİ RUSİYAYA DOĞRU ÜZ ÇEVİRİR? - "Rusiya nə deyirsə onu edirik"

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində Bakıda daha üç Rusiya universitetinin filialı açılacaq.

Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin filialları açılacağı xəbər verilir.

"AzPolitika"nın məlumatına görə, bu barədə "BBC News Azərbaycanca"da yer alan məqalədə xəbər verilib.

Məqalədə daha sonra bildirilir ki, Rusiya universitetlərinin filiallarının Azərbaycanda nə vaxt açılması, onların maddi-texniki bazası və maliyyələşdirilməsinin hansı mənbə hesabına həyata keçiriləcəyi ilə bağlı suallara Təhsil Nazirliyi cavab verməyib: "Hazırda isə Azərbaycanda Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Azərbaycanda 2019-cu il üçün dövlət büdcəsinin layihəsində universitetlərə birbaşa ayrılan vəsaitlər barədə məlumatda göstərilir ki, ADA universitetinə rekord miqdarda - 17 milyon 556 min manat vəsait ayrılması nəzərdə tutulub. Azərbaycanda fəaliyyət göstərən iki Rusiya universitetinin filiallarına isə birlikdə 16 milyon 928 min manatdan çox vəsait nəzərdə tutulur".

Məqalədə verilən cədvəldən belə məlum olur ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına 11 milyon 530 700 manat, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialına isə 5 milyon 398 min ayrılıb.

Bundan əlavə Azərbaycan Fransız Universitetinə 6,5 milyon, Azərbaycan İlahiyyat İnstitutuna 2 milyon 22 300 manat, Azərbaycan Dövlət Tibb Universitetinə 1 milyon 263 500, Bakı Dövlət Universitetinə isə cəmi 719 500 manat ayrılıb. Göstərilən məbləğə müəllim maaşlarının əsas hissəsi və dövlət sifarişi ilə təhsil alan tələbələrin ödənişləri daxil deyil.

Azərbaycanda 2019-cu il üçün dövlət büdcəsinin layihəsində universitetlərə birbaşa ayrılan vəsait
Azərbaycanda 2019-cu il üçün dövlət büdcəsinin layihəsində universitetlərə birbaşa ayrılan vəsait
Yazıda həmçinin bildirilir ki, Moskva Dövlət Universitetinin filialı 2009-cu ildə Bakıda açılıb və öz binası və universitet şəhərciyinin şəhərdən kənarda yerləşməsi ilə fərqlənir.

Tibb Universiteti, Seçenovun Bakı filialıİ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında dərs
Birinci Moskva Dövlət Tibb Universitetinin filialı isə 2015-ci ilin sentyabrında açılıb və rektoru professor Əziz Əliyevdir. 

Niyə rus ali məktəbləri?

Yazıda həmçinin bildirilir ki, Azərbaycanda yalnız bir layihəni - Azərbaycan-Fransız Universitetini saymasaq, heç bir dövlət, özəl Qərb universiteti fəaliyyət göstərmir, amma Rusiya dövlət universitetlərinin filiallarının sayı artır: "Regionda olan Gürcüstan və Ermənistanda isə bir neçə Qərb universitetləri və onların filialları fəaliyyət göstərir".

Siyasi şərhçi və Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə hesab edir ki, bu, siyasi, strateji və hərbi məsələdir.

"Əslində bunlar hamısı Qarabağ məsələsinə bağlıdır. Rusiyanın bu məsələdə xeyir-duasını almaq üçün Azərbaycan tərəfi cürbəcür belə addımlar atır. Mən deyə bilmərəm ki, bu addımlar rusları aldada bilər. Rusiya universitet yox, öz ordusunu Azərbaycana qaytarmağın marağındadır", - Hikmət Hacızadə belə deyib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti belə qərara gəlib ki, cürbəcür belə dostluq əlaqələri, əməkdaşlıq nümunələri olsun və Rusiya başa düşsün ki, "biz onun dostuyuq, Türkiyə tərəfə getməyəcəyik".

Cənab Hacıyevin fikrincə, Rusiyanın Azərbaycanda məlumat agentlikləri yaratmaq, Sputnik agentliyi açamaq kimi addımları bu qəbildəndir. "Ümumilikdə ordudan başqa Rusiya nə deyirsə onu edirik. Ordunun yerləşdirilməsindən başqa, Rusiyanın humanitar və iqtisadi sferada istədiklərini Azərbaycan edir", - Hikmət Hacızadə deyir.

"Yaxşı olardı ki, Bakıda New York universitetinin, Bristol universitetinin, Sorosun Mərkəzi Avropa universitetinin filialı açılsın. Amma Sorosun Qarabağ məsələsinə aidiyyatı olmadığı üçün onun universiteti gözləyə bilər", - Hacızadə bildirib.

Azərbaycanda dövlət büdcəsindən universitetlərə birbaşa ayrılan vəsait
Azərbaycanda dövlət büdcəsindən universitetlərə birbaşa ayrılan vəsait

Qərb universitetləri niyə yoxdur?

Milli Məclisin Təhsil və Elm komissiyasının üzvü Asim Mollazadə hesab edir ki, Rusiya universitetlərinin bir sıra üstünlükləri var, öz təcrübəsinə görə Azərbaycan universitetlərindən üstündür: "Bəlkə də, Rusiyanın bir universitetinin böyük filialın yaratmaq olardı, nəinki onlarla xırda universitetlərin filialları. Əslində Amerika Birləşmiş Ştatları, Avropa universitetləri ilə sıx munasibətlərin, eyni kurikkulum ilə ənənələr əsasında güclənib inkişaf etməsini istəyərdim. Çünki dünyanın Tomson Reuter-in cədvəlinə baxanda 100 universitet siyahısında Rusiya universitetləri yoxdur".

Deputat deyib ki, buna baxmayaraq, Rusiya və Azərbaycan universitetlərinin əməkdaşlığını normal hesab edir.

"Mən Azərbaycanda əli təhsil sahəsində islahatlar üçün çox ciddi proqrama ehtiyac olduğunu qeyd etmişdim. Burada beynəlxalq təcrübəyə də ehtiyac var", - Asim Mollazadə deyib.

Təhsil eksperti, Milli Məclisin Elm və Təhsil məsələləri komissiyasının keçmiş sədri Şahlar Əsgərovun fikrincə, Azərbaycanda fəaliyyət göstərən Rusiyanın iki universitetinin fialialarında təhsil mühiti yüksək səviyyədədir.

"Azərbaycan universitetlərinin bütün kollektivi keçmiş sovet düşüncəsindən bu günə gəlib. Bu günkü düşüncə isə sovet düşüncəsindən çox yaxşı deyil. O vaxtı qanun və normalar var idi. İndi isə normaya əməl edən yoxdur. Bu baxımdan bizim universitetlərdən yeni universitet düzəltmək çətindir. Ondansa hansısa universitetin filialını yaratmaq, normaları müəyyən edib yeni düşüncəli insanları cəlb edib universiteti inkişaf etdirmək olar", - Şahlar Əsgərov belə deyib.

O xatırladıb ki, bir neçə il öncə Rusiya milli tədqiqat universitetləri yaratmaq qərarını qəbul etdi. Rusiyanın 600-dən çox universitetindən 32-si bu statusu aldı. Bundan sonra onların təminatı Avropanın orta səviyyəli universitetlərinin səviyyəsinə qaldırıldı.

Rusiya universitetlərini filiallarının Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməsi məsələsinə gəlincə, Şahlar Əsgərov deyir ki, təhsil məsələsi "geosiyasətdir".

"Rusiyanın burada təhsil müəssisəsi açması onların marağına uyğundur. Bu ölkələrarası razılaşmadan ibarətdir, onlar xərcin bir hissəsini özləri çəkə bilər, yaxud da ölkənin boynuna qoya bilər", - Şahlar Əsgərov deyib.

Məlumata görə, Azərbaycan Təhsil Nazirliyinə Rusiya Federasiyasının yalnız bir ali təhsil müəssisəsi - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) filialın açılması ilə bağlı rəsmi şəkildə müraciət edib.

"Hazırda MDBMİ və yerli ali təhsil müəssisələri arasında mümkün əməkdaşlıq formaları ilə bağlı müzakirələr gedir", - rəsmi məlumatda deyilir.

635x100

Şərhlər

turan 2018-11-29 10:20:31

Putinin yaxın adamı Yevseyev İrəvanda deyir ki, Bakını İsgəndərlə vurmaq lazımdır,ki,bir daha aprel döyüşləri təkrarlanmasın 1 dənə də olsun rayonun qaytarılmasından söhbət gedə bilməz..bunu Rusiyanın rəsmi nümayəndəsi deyir... bizim TN-i rus məktəblərini çoxaldır,unversitet filyalları açır..

t.ədalət 2018-11-29 10:20:31

Rusiyanın rəsmi nümayəndəsi Yevsayev bizim zavallıların Rus təhsilinə tərəf addımlamasının əvəzində ermənistandakı çıxışında deyib ki,Bakını "İskəndər" raketləri ilə vurmaq lazımdır.Bizim casusların Rusiyaya doğru sürünməsi isə adamın yadına qədim bir atalar sözünü salır::"it əl çəksə də, motal əl çəkmir.."Görəsən,Yevsayevin bu çıxışından sonra da nadanlıq edənlərimiz olacaq?

tacik 2018-11-29 10:20:31

Rusiyanın normal təhsili olsaydı savadlı rusların 90-i Avropa və Amerikada oxumağa can atmazdı.Rusiyanın təhsili SSRİ-nin təhsili deyil.Dünya unversitetlərin reytinqinə görə ancaq Lomanosov adına MDU 95-ci, Sankt Peterburq unver-i 250-ci yerdədir vəssəlam.

Kənar adam 2018-11-29 10:20:31

Rusiya bizi "məxməri" şəkildə İŞĞAL edir, fərqində deyilmisiniz?

Pisi 2018-11-29 10:20:31

SIYASI SOHBETLERE BIZ QARISMIRIQ DEDE

EJDER 2018-11-29 10:20:31

MONOPOLIYA ,KORRUPSIYA OLAN DOVLETDE INKIWAF OLA BILMEZ.BUNU OLKE REHBERI DEYIB.KAPITALA ADAM ELINDEN GIRMEK OLMUR,O BIRI BANKLARDA IT ULAYIR ...KIM DEYER NIYE.ESAS INKIWAFDU

Əsəd 2018-11-29 10:20:31

Əslində bizim unverstetlərimizdən daha səviyyəli hansısa əlavə təhsil müəssisəsi açılırsa bu alqışlanmalıdır.Lakin bu siyasi məqsədlərə xidmət edirsə, fikrimcə bundan qaçmaq lazımdır.Təbii ki sovet təhsil sistemi vaxtında savadlı kadrlar yetişdirilib və o dövrdə alternativ variant da yox idi.İndi isə tələblər dəyişib.Gör vəziyyət necədir ki slavyan Ukrayna qardaşı Rusiya ilə öz gəlcəyini davam etdirmək istəmir.Halbuki Ukrayna və Gürcüstan torpaqlarının Rusiya tarəfindən işğal edilməsinə baxmayaraq onlar Rusyadan aralanmaq və Qərbə üz tutmaq istəyirlər.Biz isə Rusiyanın bir yerinə gənə kimi yapışıb ondan ayrılmaq istəmirik.Bizim ki o məşhur mahnıya bənzəyir “mən səni sevəcəm sən sevməsən də”.Onsuzda Putin Qarabağı qaytarmağımıza imkan verməyəcək.

Əli 2018-11-29 10:20:31

Rusun o işi yaxşıdır ki onlar da bizimkilər kimi pulla məsələlər həll etmək olacaq ancaq qərb universitetlərində ingilisə ,fransuza rüşvər verə bilməyəcəklər və beləliklə buraxılışa 1-2 nəfər qala qalmaya. Bir sözlə işin zibili çıxa bilər

Vahid 2018-11-29 10:20:31

Rusiyaya. dogru.gedirikse.onda. men.9.milyonluk. xalqlma.müraciet. ediremki. balalarnlzl.o.unveristlerde. oxudub.zsy.etmeyin.onnansa.ya. türkiye.ya. avropaya.yöneldin.rusun.tesilni.putin.öldürüb. mehv.edib.ele.imkanll. ruslarda. balalarnl.avropa. amerkaya.gönderir

t.ədalət 2018-11-29 10:20:31

Yadınızdadırsa,A. Mütəllibov Rusiyanın tərkibində qalmaq üçün referendum keçirmişdi.Deyilənə görə,belə bir fikir səsləndirmişdi ki,nəyə desən razıyıq,ancaq Dağlıq Qarabağı bizə qaytarın.O zaman adları Rusiyada məşhur olan bəzi rusistlər bu referendumu alqışlamışdılar. Rusiya isə buna məhəl qoymadı.Rusiya ermənistana bağlı olduğunu ortaya qoydu.İndi də "min cür hoqqabazlıq" edib bizi rusun quyruğuna bağlamaq istəyirlər.Əslində isə rusa qoşulmaqla erməninin ayaqyoluna tərəf addımlayırıq.Nə yaxşı ki ABŞ var!

Helime 2018-11-29 10:20:31

Eslinde ele en gozel tehsil sistemi rusayadadir. Eger, rusiyaya dogru addimlayiriqsa, niye qebul imtahanlarimiz bu qeder chetinleshdirilib..? Kurikulum proqrami ve bu proqram uzre uzre qebul bir xaosdur..Muellimlerin bashi chixmir. Ushaqlari fikirleshen yoxdur. Ushagin ne ushaqligi var, ne bir deqiqe bosh vaxti. BIr ushaq 24 saat ders oxuya bilermi?? Ushaqlar , artiq, defter- kitabdan iyrenir.. Hele, valideynleri demirem.

Son yazılar