«Dollardan imtina etmək üçün «başqa rubl» gərəkdir» - Analitik

Rusiya Federasiyasında (RF) dollarsızlaşdırma siyasəti güclü rubla söykənməlidir, nədən ki, yalnız belə rubl Rusiya valyutasına inamı qaytara bilər.

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, bu fikri «Alpari» analitik departamentinin direktoru Aleksandr Razuvayev səsləndirib.

Ekspert xatırladır ki, Rusiya Prezidenti Vladimir Putin bu gün «Rusiya çağırır» investisiya forumunun gedişində bəyan edib ki, Rusiyanın dollardan qaçmaq məqsədi yoxdur, amma bu valyuta ilə hesablaşmaların qeyri-stabitliyi bir çox ölkələrdə başqa valyutalarla hesablaşma sistemi yaratmaq istəyi oyadır.

«Əslində, Rusiyanın dollardan imtinası «məcburi»dir, nədən ki, hakimiyyət dollarla müxbir hesablarının sanksiyalarla «dondurulması» riskini nəzərə almalıdır. Bu zaman Rusiyanın xarici ticarət üzrə əsas həmkarları Çin və Avropa İttifaqı (Aİ) olur, Birləşmiş Ştatlar yox. Özünün əsas geopolitik rəqibləri ilə Rusiya az ticarət edir» - deyə, Razuvayev şərh edib.

Onun nəzərincə, dollardan imtina siyasətinin əsasında güclü rubl dayanmalıdır - çünki yalnız o, Rusiya valyutasına inamı qaytara bilər: «Bu isə prinsipial olaraq, başqa monetar siyasətdir - maliyyə nazirliyi valyuta almaqdan imtina etməli və ixracçıların valyuta aktivlərini rubla keçirməlidir. Hətta valyuta «dəhlizi»nə qayıtmaq da mümkündür» - deyə, analitik təklif edir.

Razuvayev əmindir ki, əgər rubl güclü və az volatil olarsa, Müstəqil Dövlətlər Birliyi (MDB) məkanındakı hesablaşmalarda daha cəlbedici valyutaya çevrilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar